Əli Həşimli Federasiya prezidenti seçildi .....                        Prezident deputatla bağlı sərəncam İMZALADI .....                        Xırdalanda bu gecə işıq olmayacaq .....                        4 aydır boş olan birinci müavin postuna təyinat .....                        Gürcüstan Patriarxı 22 martda dəfn olunacaq .....                        İran 3 ərəb ölkəsinə təcili xəbərdarlıq etdi .....                        Azərbaycandan köçən 34 576 nəfərə Ermənistan vətəndaşlığı verilib .....                        İlham Əliyev Azərbaycan xalqını TƏBRİK ETDİ .....                        İsrailli nazir yaralı oğlu ilə foto paylaşdı .....                       
Tarix : 1-06-2016, 17:27
Koçaryandan etiraf: `Ermənistan Azərbaycana uduzdu`


“Azərbaycan Ordusunun silahlarının keyfiyyətcə üstün olması sirr deyil. Bunu bilmək ayrı şeydir, döyüş meydanında bununla qarşılaşmaq isə başqa".

Butov.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə erməni KİV-ə müsahibəsində Ermənistanın sabiq prezidenti Robert Koçaryan aprel döyüşlərindən danışarkən bildirib.

"İroniya burdadır ki, Kollektiv Təhlükəsizik Müqaviləsi Təşkilatına (KTMT) üzvü olan, ərazisində Rusiyanın hərbi bazası yerləşən Ermənistan rəqibinə silahın keyfiyyəti baxımından uduzdu. Cəmiyyətin ağrılı reaksiyası burada aydındır. Hamı istəyirdi ki, Rusiya ilə hərbi ittifaq bu balansı qoruyub saxlamağa zəmanət versin, digər tərəfdən isə Ermənistanın Qarabağdakı təhlükəsizliyini qoruyub saxlaya bilsin”,- deyə Koçaryan bildirib.

Ermənistanın sabiq prezidenti hesab edir ki, hərbi münaqişənin kəskinləşməsi Rusiya üçün sərfəli deyil, bu, onu vasitəçilər arasında çətin seçim qarşısında qoyur: “Ən yeni hərbi silahlarla hücuma keçməklə Bakı hərbi balansı pozdu. Bu niyə baş verdi? Bu hadisələrin qarşısını almaq mümkün idimi? Bu suallar uzun müddət müzakirə predmeti olaraq qalacaq.

Ermənistan müqavilənin yerinə yetirilməsini dayandırmalı idi. Bunun üçün kifayət qədər dəlillər var. Mənə bir şey aydındır: hakimiyyət var gücü ilə bunun qarşısını almağa çalışdı, amma bunu etmək mümkün olmadı. Buna görə də, baş verənlərə qiymət verməkdən çəkinirəm”.

Koçaryanın sözlərinə görə, Ermənistan bir sıra hərbi sursatların alınmasına hazır deyildi.

“Artıq iki ildir ki, düşmən ordusu bizə çox problemlər yaradır. Çünki bütün silahlarla təchiz edilib. Ordunu gecə görmə cihazları, rabitə vasitələri, fərdi mühafizə vasitələri ilə təchiz etmək üçün bizə nə mane olurdu? Bu boşluqları aradan qaldırmaq lazımdır və bu istiqamətdə işlər aparılır”, - deyə o, Koçaryan bəyan edib.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!