ABŞ vitse-prezidenti qəzaya düşdü .....                        Rusiyaya hücum etməyəcəyik - Orban .....                        Prezidentin Özbəkistan səfərindən GÖRÜNTÜLƏR .....                        Fransa Azərbaycanla oyunda önə keçdi - YENİLƏNİR .....                        Ağcabədidə ağır qəza - Ölən var .....                        Ermənistan darmadağın edildi .....                        Sumqayıtda avtomobil dərəyə aşdı .....                        Prezident Xəzərin dibi ilə çəkiləcək elektrik kabelindən danışdı .....                        İranın nüvə probleminin hərbi həlli yoxdur - Abbas Əraqçi .....                       
Tarix : 8-06-2017, 20:14
Əliyev yanğınla bağlı tədbirləri nəzarətə götürdü

Xəbər verdiyimiz kimi, iyunun 7-də paytaxtın Yasamal rayonu ərazisində Şərifzadə küçəsi 1, ünvanında yerləşən Azərbaycan Texniki Universitetinin 3 nömrəli yataqxanasında yanğın baş verib. Baş vermiş hadisə nəticəsində 16 məcburi köçkün ailəsinin məskunlaşdığı mənzillər yanıb.

Butov.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yaydığı məlumata əsasən, Baş nazirin müavini Əli Həsənov hadisə barədə Prezident İlham Əliyevə məlumat verib və görülən bütün tədbirlər dövlət başçısının nəzarəti altındadır.

İyunun 8-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun sədrliyi ilə Yasamal Rayon İcra Hakimiyyətində müşavirə keçirilib. Müşavirədə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Dövlətqaçqınkomun məsul əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri və yanğından zərər çəkmiş məcburi köçkünlər iştirak ediblər.

Müşavirədə məcburi köçkünlərlə aparılan müzakirələrdən sonra qərara alınıb ki, yanan mənzillər qısa müddət ərzində təmir ediləcək. Sakinlərə isə müvəqqəti olaraq kirayə mənzillərdə yaşamaları üçün maddi yardım veriləcək.

Bununla yanaşı məcburi köçkünlərə dəymiş ziyanın araşdırılması üçün Komitə sədrinin Sərəncamı ilə müvafiq qurumların nümayəndələrinin və məcburi köçkünlərin iştirakı ilə komissiya yaradılıb.

Baş nazirin müavini Əli Həsənov yanğın baş vermiş mənzillərin çıx qısa müddətdə təmir edilməsi üçün müvafiq idarələrin rəhbərlərinə tapşırıqlar verib.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!