2 milyona görə həbs edilən direktora daha bir ittiham .....                        Azərbaycana keçən ermənilər geri qaytarıldı .....                        Erməni əsgəri ildırım vurub öldürdü .....                        Kobaxidze Azərbaycanla əlaqələrdən danışdı .....                        Şahramanyan yenə dindirildi .....                        Şahramanyan yenə dindirildi .....                        Ağır qəzada həlak olanlardan biri şəhid qardaşı imiş .....                        Tramp "Tesla"dan imtina edir .....                        Millimiz Qazaxıstanı məğlub etdi .....                       
Tarix : 3-03-2017, 11:25
“Köçkünlər 2 aylıq müavinəti bayrama qədər alacaq” - Əli Həsənov

“Biz məcburi köçkünlərin adlı siyahılarını artıq toplamışıq. Sabah Dövlət Komitəsində müşavirə keçirib, siyahılara baxacağam”.

Butov.az-ın AzVision.az-a istinadən məlumatına görə, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib. Onun sözlərinəg görə, məcburi köçkünlərin müavinətləri Novruz bayramından əvvəl fevral və mart ayları bir yerdə veriləcək.

Baş nazirin müavini deyib ki, sayğac, qaz olmayan yerlər artıq dəqiqləşdirilib: “520 min adlı siyahı var, dəqiqləşdirmə mütəmadi olaraq aparılacaq. Hər ay dəqiqləşmə aparılacaq. Ola bilər ki, 3-5 yanlış düşüb, nəzərə alınacaq. Müraciət obyektivdirsə, mütləq nəzərə alınacaq. Qaz olmayan yerlərdə ödəniş əvvəlki qaydada aparılacaq, Dövlət Komitəsi tərəfindən ödəniləcək. Qaz olan yerlərdə isə məcburi köçkünlər adambaşına 36 manat alıb, özləri ödəniş edəcəklər”.

Əli Həsənov əlavə edib ki, Azərbaycan prezidenti İlham Əliyev məcburi köçkünlər yaşayan və qaz olmayan yerlərdə qazlaşma işlərinə başlanması barədə tapşırıq verib: “Biləsuvar rayonunda 16 mindən çox məcburi köçkün 11 qəsəbədə yaşayır. Dövlət başçısı ARDNŞ-ə bu qəsəbələrin qazlaşdırılması barədə tapşırıq verib. Artıq bu qəsəbələrin qazlaşdırılması barədə tapşırıq icra olunub. Gələn həftə yəqin ki, bu qəsəbələrə qaz verilməsinin açılışı baş tutacaq”.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!