ABŞ-də atışma - 2 nəfər öldü .....                        Rusiyada həbsdən buraxılan azərbaycanlı iş adamı Bakıya gəldi .....                        “Çelsi” öz meydanında məğlub oldu .....                        İlk təyyarələri gələn il alacağıq - Zelenski .....                        İsrail Hizbullah komandirini öldürdü .....                        Hərbçilərimiz Türkiyədə hərbi təlimlərə qatıldı .....                        Əli Nağıyev Gürcüstanda .....                        Avropa Çindən asılı olmaq istəmir .....                        Orban səfərə hazırlaşır - Gündəm Ukraynadır .....                       
Tarix : 8-06-2017, 18:19
Prezident köçkünlərin yataqxanasındakı yanğını nəzarətə götürdü

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Yasamalda yataqxanada baş verən yanğınla bağlı məlumat yayıb.
Butov.az-ın AzVision.az-a istinadən xəbərinə görə, məlumatda xatırladılıb ki, iyunun 7-də paytaxtın Yasamal rayonu ərazisində Şərifzadə küçəsi 1, ünvanında yerləşən Azərbaycan Texniki Universitetinin 3 nömrəli yataqxanasında yanğın baş verib. Baş vermiş hadisə nəticəsində 16 məcburi köçkün ailəsinin məskunlaşdığı mənzillər yanıb. Baş nazirin müavini Əli Həsənov hadisə barədə ölkə Prezidenti İlham Əliyevə məlumat verib və görülən bütün tədbirlər cənab Prezidentin nəzarəti altındadır.

İyunun 8-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun sədrliyi ilə Yasamal Rayon İcra Hakimiyyətində müşavirə keçirilib. Müşavirədə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Dövlətqaçqınkomun məsul şəxsləri, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və yanğından zərər çəkmiş məcburi köçkünlər iştirak ediblər.

Müşavirədə məcburi köçkünlərlə aparılan müzakirələrdən sonra qərara alındı ki, yanan mənzillər qısa müddət ərzində təmir ediləcək. Sakinlərə isə müvəqqəti olaraq kirayə mənzillərdə yaşamaları üçün maddi yardım veriləcək.
Bununla yanaşı məcburi köçkünlərə dəymiş ziyanın araşdırılması üçün Komitə aədrinin sərəncamı ilə müvafiq qurumların nümayəndələrinin və məcburi köçkünlərin iştirakı ilə komissiya yaradılıb.

Baş nazirin müavini Əli Həsənov yanğın baş vermiş mənzillərin çıx qısa müddətdə təmir edilməsi üçün müvafiq idarələrin rəhbərlərinə tapşırıqlar verib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!