"Qarabağ" 5 qol vurdu .....                        FHN əhaliyə müraciət etdi .....                        Keçmiş sovet ölkələrinə xəbərdarlıq edildi .....                        Naxçıvanın keçmiş fövqəladə hallar naziri vəfat etdi .....                        14 yaşlı qızı avtomobil vurdu .....                        Lazaya gedən yol buz bağladı .....                        Pənah Hüseyn partiya sədrliyindən İSTEFA VERDİ .....                        Yol polisindən sürücülərə XƏBƏRDARLIQ .....                        Qusarda ağır qəza - 2 ölü, 4 yaralı .....                       
Tarix : 14-09-2015, 08:39
Yol polisindən sürücülərə məktəb MÜRACİƏTİ


"Valideynlər övladlarına mənfi nümunə olmasınlar"


Baş Dövlət Yol Polisi İdarəsi yeni dərs ilinin başlaması və şəhərdə gözlənilən nəqliyyat sıxlığı ilə bağlı sürücülərə müraciət edib. İdarənin şöbə rəisi Kamran Əliyev Lent.az-a bildirib ki, sentyabrın 15-də Bakıda nəqliyyat sıxlığının yaranacağı gözlənilir: "Bunun qarşısını almaq üçün əvvəlcədən şəhərə gəlmək istəyən rayon qeydiyyatlı nəqliyyat vasitələri ilə bağlı tədbirlər görüldü və artıq şəhərin hər iki girişində bu avtomobillər üçün pulsuz duracaqlar yaradılıb. Vətəndaşlar həmin duracaqlarda avtomobillərini saxlayaraq ictimai nəqliyyat vasitəsi ilə mərkəzə gələ bilərlər. Eləcə də şəhər sakinlərindən xahişimiz odur ki, fərdi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etsinlər, dayanma-durma işarəsinin təsir dairəsində avtomobil saxlamasınlar. Həm də yolun ikinci cərgəsində maşını saxlayaraq digər nəqliyyat vasitələrinin hərəkətini iflic etməsinlər".

K.Əliyev əlavə edib ki, valideynlər sürücülük mədəniyyətləri ilə övladlarına müsbət nümunə olmağa çalışmalıdır və onların gələcəkdə yol mədəniyyətinə sahiblənməsinə yardımçı olmalıdırlar: "Həm də kiçik yaşlı məktəblilər diqqətdə saxlanmalıdır, onların yolun hərəkət hissəsinə çıxması, nəzarətsiz qalmaları ağır fəsadlara yol aça bilər".

Butov.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!