Nəsrullahın mühafizəçisi Tehranda öldürüldü .....                        DTX-nin saxladığı sabiq icra başçısı HƏBS OLUNDU .....                        Məskunlaşma ilə bağlı yeni faktlar açıqlandı .....                        Azərbaycan gələn il İƏT-ə sədrlik edəcək .....                        Azərbaycan regiondakı gərginlikdən narahatdır .....                        Ərdoğan Arakçini qəbul etdi - İstanbulda İranla bağlı xüsusi iclas... .....                        İranın yeraltı nüvə obyektinə zərbə Azərbaycana da təhlükə yaradacaq - Zəlzələşünas .....                        Xamenei haradadır... - Ali liderin yerinə gələ biləcək 3 namizəd .....                        Ceyhun Bayramov malayziyalı həmkarı ilə İsrail-İran qarşıdurmasını müzakirə etdi .....                       
Tarix : 19-08-2013, 12:38
Sürücülük vəsiqəsi üçün tələb olunan sənədlər siyahısına dəyişiklik edildi


Azərbaycanda sürücülük vəsiqəsi almaq istəyənlərdən tələb olunan sənədlər siyahısına dəyişiklik edilib. "Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamənin və nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsini almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarında dəyişiklik edilib.

Nazirlər Kabineti "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 849 nömrəli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə yeni qərar qəbul edib.

Qərara əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsini almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə"nin 3.10.1-ci yarımbəndində "qeydiyyata alınması haqqında vəsiqə" sözləri "şəxsiyyətini təsdiq edən sənəd" sözləri ilə əvəz edilib.

Bununla bağlı Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Kamran Əliyev bildirib ki, burada söhbət Azərbaycan Respublikası ərazisində yaşayan əcnəbilərdən gedir:

"Əvvəllər adıçəkilən Əsasnaməyə görə, Azərbaycanda sürücülük vəsiqəsi almaq istəyən xarici vətəndaşlar Daxili İşlər Nazirliyinə digər müvafiq sənədlərlə yanaşı Azərbaycan Respublikasının ərazisində əcnəbinin qeydiyyata alınması haqqında vəsiqəni təqdim edirdilər. Bundan sonra isə onlar da yerli vətəndaşlar kimi öz şəxsiyyət vəsiqələrini təqdim etməli olacaqlar."


Paylaş



Bölmə: Ədəbiyyat / Köşə / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!