İranda SEPAH generalının oğlu öldürülüb .....                        Bu rayonlara qar yağır .....                        Türkiyədə məşhur aktyor saxlanılıb .....                        İki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ .....                        Fazil Mustafa teleaparıcının müdafiəsinə qalxdı .....                        Tehranda 200-dən çox etirazçı öldürülüb - “Time” jurnalı .....                        Paşinyan II Qareginin fərmanını rədd etdi .....                        Elçibəyin qardaşı oğlu: "Ərturquta dedim ki, o kimdi axı, məhkəməyə verirsən?!" .....                        ABŞ İranın cəsur xalqını dəstəkləyir! - Marko Rubio .....                       
Tarix : 21-09-2015, 11:44
Əli Həsənov: “Bir sıra xarici media orqanları Azərbaycanda qeyri-qanuni fəaliyyət göstərir”


Azərbaycan prezidentinin köməkçisi son günlər bəzi xarici KİV əməkdaşlarının hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasına münasibət bildirib

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son günlər bəzi xarici KİV əməkdaşlarının hüquq-mühafizə orqanları tərəfindən saxlanmasına münasibət bildirib.

Butov.az məlumatına görə Ə. Həsənov AZƏRTAC-a açıqlamasında deyib ki, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da KİV nümayəndələrinin fəaliyyəti müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq tənzimlənir.

“Ölkə qanunvericiliyi söz və məlumat azadlığına, KİV redaksiyalarının və jurnalistlərin müstəqil fəaliyyətinə, sərbəst şəkildə informasiya əldə etmək və yaymaq hüququna tam təminat verir. Bununla yanaşı, həm yerli, həm də Azərbaycanda xarici KİV-i təmsil edən jurnalistlər və nümayəndələr öz fəaliyyətlərini qanunların çərçivəsində qurmalı, ölkə və cəmiyyət qarşısında məsuliyyətlərini dərindən dərk etməli və qeyri-qanuni addımlara yol verməməlidirlər”, - deyə o vurğulayıb.

Prezidentin köməkçisi bildirib ki, 2015-ci il martın 18-də “Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələrinin akkreditasiya qaydaları” təsdiq edilib. O qeyd edib ki, hətta xarici KİV-in, onların Azərbaycandakı nümayəndəliklərinin və əməkdaşlarının elektron qaydada akkreditasiyası məqsədilə Xarici İşlər Nazirliyinin internet saytında müvafiq bölmə də yaradılıb: “Təəssüf ki, “İnteraz”, “Euroaz” televiziya kanalları, “Amerikanın səsi” radiosu, “Meydan TV” internet saytı və bir sıra digər xarici media orqanları və onların əməkdaşları dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu günə qədər müvafiq qaydalara əməl etmir və ölkə daxilində qeyri-qanuni fəaliyyət göstərirlər. Son günlər bəzi xarici KİV əməkdaşlarının hüquq-mühafizə orqanları tərəfindən saxlanması da onları öz fəaliyyətlərini “Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələrinin akkreditasiya qaydaları”na uyğun qurmağa dəvət etmək məqsədi daşıyır”.

Ə. Həsənov deyib ki, bundan sonra da işlədiyi sahədən və peşəsindən asılı olmayaraq Azərbaycan qanunlarının tələblərini pozan hər bir şəxs barədə aidiyyəti orqanlar tərəfindən ölçü götürüləcək.


Butov.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!