Prezident İraq Kürdüstanının Baş naziri ilə görüşüb .....                        Paşinyanın 28 il əvvəl etdiyi 20 Yanvar etirafı .....                        Bakıda iki bacı dəm qazından öldü .....                        Sabah Xankəndiyə ilk köç olacaq .....                        Ceyhun Bayramov Hakan Fidanla danışdı .....                        Geomaqnit qasırğası müşahidə olunur .....                        Sabah da qar yağacaq .....                        Prezident Davosda görüş keçirdi .....                        İlham Əliyevə verilən mükafat daha əvvəl kimə təqdim edilib? .....                       
Tarix : 27-05-2016, 14:47
Cəlilabadda həkimin evini yardılar – Polis cinayətlə maraqlanmır


Ötən gün axşam saatlarında Cəlilabad Mərkəzi Xəstəxanasının həkiminin evinə oğrular girib.

Butov.az xəbər verir ki, bu barədə Gün.Az-a məlumat verən zərərçəkmiş – həkim Fərəc Bayramov yerli hüquq-mühafizə orqanlarının bu cinayət işinə laqeyd yanaşdıqlarını deyib.

Cinayətin mayın 26-sı axşam saatlarında baş verdiyini bildirən F.Bayramov oğruların onun evdə nə vaxt olub-olmadığını müşahidə etdiklərini, yaxud da bu barədə məlumatlandırıldığını düşünür:

“Hadisə ötən gün axşam saat doqquz radələrində baş verib. Mən xəstə üstünə çağırışa getmişəm, evdə də heç kəs olmayıb.

Evin seyf qapısının sındırılması mümkün olmadığından, oğrular evə eyvandan giriblər. Lakin həkimin evində nə olavaq ki… Rayonda hər kəs mənim necə yaşadığımı bilir.

Ona görə də, oğruların evdəki pulqabında olan təxminən əlli-altmlş manat pul və bir neçə ətirdən başqa əllərinə heç nə keçməyib.

Görünür, mənim evə qayıtmağım haqda onlara xəbər verilən kimi tələsik oranı tərk ediblər”.

F. Bayramov dünən evdə oğurluq olduğunu fərq edən kimi polisə müraciət etdiyini, lakin asayiş keşikçilərinin cinayət işi ilə hələ də maraqlanmadıqlarını deyib:

“Dünən polisə xəbər verdim, ordan gəlib telefonla bir neçə şəkil çəkib getdilər. İndi günorta saat bir olmasına baxmayaraq, hələ də rayon polisindən nə kriminalist, nə müstəntiq gəlib evə baxış keçirib, təhqiqat aparmayıblar.

Bu da belə düşünməyə əsas verir ki, onlar evimdə baş vermiş oğurluğun araşdırılnasında maraqlı deyillər”.

F. Bayramov evinin oğurlanması faktı ilə əlaqədar əlavə şübhələrə əsas yaradan bəzi məqamları da açıqlayıb:

“Mənim evim olan ərazidə, qonşuluqda rayon hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri – polis rəisinin müavini, rayon tol polisinin rəisi, pasport-masa rəisi və başqa vəzifəli şəxslər yaşayırlar.

Yəni bu şəxslərin qonşuluğunda olan mənim evimi yarıblar. Evin yanında marketlər və digər obyektlər var, müşahidə kamerası quraşdırılıb. Evimə girən oğruların həmin kameralara düşməməsi mümkün deyil. Lakin dediyim kimi, yerli polis bu cinayətə laqeyd yanaşır.

Ümumiyyətlə, son vaxtlar Cəlilabad rayonundan ev, mal-qara oğurluğu baş alıb gedir. Lakin cinayətkarların tapılıb cəzalandırılması istiqamətində işlər demək olar, görülmür. Bu da əhalidə oğruların yerli polis tərəfindən himayə edilməsi qənaətini yaradır.

Mən artıq bununla bağlı Daxili İşlər Nazirliyinə də müraciət etməyi düşünürəm”.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!