Cavid Vəkilov yazır: Müasir Azərbaycan gəncliyinin cəmiyyətdə rolu .....                        Türkiyə Ordusunun Quru Qoşunları komandanı Naxçıvana gəldi .....                        Bələdiyyələrin məlumatları vahid informasiya sisteminə ötürüləcək .....                        İranla müharibə tezliklə bitəcək - Tramp .....                        Kərim Vəliyev serbiyalı həmkarı ilə təhlükəsizlik məsələlərini müzakirə etdi .....                        İYİ Partiya sədri: Azərbaycanla aramıza nifaq toxumu səpməyə çalışırlar .....                        Koşta Bakı-Naxçıvan dəmir yolu layihəsinin əhəmiyyətindən danışdı .....                        Təhsilin rəqəmsallaşmasına 3 milyon ayrıldı .....                        İran yığması Dünya Çempionatında iştirak etməyəcək .....                       
Tarix : 17-09-2013, 10:40
Kürdəmirdə soyğunçuluqda təqsirləndirilən şəxslər tutulub


Kürdəmir rayonunda soyğunçuluqla məşğul olan şəxslər saxlanılıb. APA-nın məlumatına görə rayon Polis Şöbəsinə müxtəlif vaxtlarda mənzillərin soyulması ilə bağlı məlumat daxil olub. Həmin faktlara əsasən cinayət işi açılıb və axtarış işlərinə başlanılıb. Araşdırma zamanı cinayət hadisələrini törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakinləri, 33 yaşlı Nağdəliyev Cavid və 32 yaşlı Musayev Ceyhun polis tərəfindən saxlanılıb. Aparılan istintaq işləri zamanı məlum olub ki, C. Nağdəliyev bir cinayət faktını tək törədib. Belə ki, C.Nağdəliyev sentyabrın 6-da Kürdəmir şəhər sakini Təranə Xankişiyevaya məxsus mənzildən oğurluq edib. Günorta saatlarına adı çəkilən mənzilə gələn Cavid evdə olan azyaşlı uşaqlara özünü elektrik şəbəkəsinin işçisi kimi təqdim edib.

İçəri daxil olduqdan sonra isə uşaqlara hədə-qorxu gələrək oradan 350 AZN pul və 150 AZN dəyərində qızıl-zinət əşyası ələ keçirərək aradan çıxıb. Cavid digər cinayət faktını isə həmyerlisi C. Musayevlə birgə törədib. Qabaqcadan əlbir olan şəxslər sentyabrın 9-da rayonun Şıxınlı kənd sakini Vüsalə Hüseynovaya məxsus mənzilə basqın ediblər. Onlar tanınmamaq üçün kapron corabdan hazırlanmış maskadan istifadə ediblər. Onlar mənzildəki uşaqları qorxudaraq evdən 310 manat dəyərində 2 ədəd müxtəlif markalı telefon, həmçinin 300 manat dəyərində qızıl-zinət əşyaları aparıblar. Hər iki şəxs əməllərindən peşman olduğunu bildirib.

Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Paylaş



Bölmə: Kriminal / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!