Bakı Təhsil İdarəsində yeni müavinlər - Kollektivə təqdim olundular .....                        Ərdoğan konsulluğa hücumdan danışdı .....                        Baş nazir hökumət üzvlərini topladı - Nefti müzakirə etdilər .....                        Daha bir ölkə İrana qarşı müharibəyə qoşulmağa hazırdır .....                        Mərkəzi Bankın departament rəhbəri işdən çıxdı .....                        İran ABŞ ilə bütün danışıqları dayandırıb .....                        Hava küləkli olacaq - XƏBƏRDARLIQ .....                        Azərbaycanda bu qanun dəyişdi .....                        Rusiya İrana kəşfiyyat dəstəyi verib? – İDDİA .....                       
Tarix : 19-08-2013, 16:48
Gəncədə evdən pul və qızıl oğurlanıb


Gəncədə yaşayış evindən oğurluq edilib. Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər sakini Elman Dünyamalıyev polisə müraciət edərək bildirib ki, evdə olmadığı vaxt naməlum şəxslər yaşadığı evin bağlı qapısını açaraq içəri giriblər və mənzilin yataq otağında olan sandıqdan qızıl sırğa, qadın və kişi nişan üzükləri, bir ədəd qızıl onluq, iki ədəd qızıl kulon, 5 ədəd qızıl qolbaq, üzük və boyunbağı götürüblər.

Bundan başqa oğrular evdən 22 500 ABŞ dolları və 19 min manat pulu oğurlayıblar. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb. Oğruluq edənlərin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.


Paylaş



Bölmə: Kriminal / Köşə / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!