Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
Tarix : 2-06-2016, 17:17
İsmayıllıda sürüşmə 3 kəndin rayonla əlaqəsini kəsdi


May ayı ərzində leysan xarakterli yağışlar bəzi sürüşmə sahələrində aktivliyə səbəb olub, həmçinin yeni sürüşmə sahəsi yaradıb.

Butov.az xəbər verir ki, bunu Publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

Onun sözlərinə görə, Bakı və Abşeron yarımadasında əksər sürüşmə sahələrində sabitlik müşahidə edilib. Lakin Masazır sürüşmə sahəsində aktivlik var. Ümumi kütlənin üzərində olan çatlarda 2.5-3.2 sm enində genişlənmə qeydə alınıb.

“Astara rayonu Digədi avtomobil yolunun 5-7-8-10-cu kilometrliyində sürüşmə, çökmə müşahidə edilib, uçqun qeydə alınıb. Ağsu rayonunun Suraxanı, Dilman sürüşmə sahələrində qismən aktivləşmə müşahidə edilib. İsmayıllı rayonu Muğanlı-İsmayıllı avtomobil yolunun 2-11, 23-24 kilometrliyində, Xankəndi sürüşmə sahəsində aktivləşmə müşahidə edilir. Lerik rayonu Veriəlibada, Lənkəran-Lerik yolunun 45-47-ci kilometrliyində uçqun, sürüşmə aktivləşib. Dünən İsmayıllı rayonu Basqal-Sulut avtomobil yolunun 10-cu kilometrliyində sürüşmə baş verib. Bu, yeni sürüşmə sahəsidir. Yolun 750-800 kilometr uzunluğunda, 350-400 metr enində sahə yararsız hala düşüb. Sürüşmə pilləvari baş verib. Sürüşmənin qaşı 2-5 metr enində dəyişir. Buna səbəb may ayının üçüncü ongünlüyündə baş verən leysan xarakterli yağışlarla bağlıdır. Yolun 350-400 metr hissəsi tamamilə sıradan çıxıb. Nəticədə, Sulut, Kələzeyvə və Sərsurə kəndlərini rayon mərkəzi ilə birləşdirən avtomobil yolunda nəqliyyatın hərəkəti dayanıb, bu kəndlərin mərkəzlə əlaqəsi tam kəsilib. 10 min kilovatlıq elektrik dirəkləri də əyilmiş vəziyyətdədir. Hazırda yolda sürüşmə aktiv fazadadır, ona görə həmin ərazidə iş aparılması məqsədə uyğun hesab edilmir”.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!