Maduronun həbsi zamanı 80 nəfər öldürülüb .....                        Oğuzda qəza oldu - Yaralı var .....                        Növbəti hədəf Qrenlandiyadır? .....                        "Real Madrid" öz meydanında 5 qol vurdu .....                        Maduronun mühafizəçiləri öldürülüb .....                        Atasının telefonunu oğurlayıb Bakıda 60 manata satdı – 1 aylıq həbs edildi .....                        Maduronun məhkəməsinin tarixi açıqlandı .....                        Zelenski onu da işdən çıxardı .....                        Venesuelada heç bir ABŞ qoşunu yoxdur .....                       
Tarix : 14-12-2016, 11:21
Bu il 14 min əlilə protez-ortopedik xidmətlər göstərilib

Cari ilin yanvar-noyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 13 990 nəfər əlilliyi olan şəxsə protez-ortopedik xidmətlər göstərilib.

Butov.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, bu dövrdə əlilliyi olan şəxslər 1 117 ədəd əlil arabası, 1 065 ədəd aşağı və yuxarı ətraf protezi, 1 517 cüt dirsəkaltı ağac, 810 ədəd dördayaqlı dayaq vasitəsi, 1288 ədəd aşağı və yuxarı ətraf ortezi, 717 ədəd bel və boyun nahiyəsi üçün korsetlə təmin olunub. Həmçinin onlara 4 600 cüt ortopedik ayaqqabı, 3 111 cüt protez ayaqqabı, 663 ədəd eşitmə aparatı, 8 404 ədəd müxtəlif reabilitasiya vasitəsi, 2 226 ədəd əsa və s. ilə təmin olunublar. Onlara məxsus 817 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulatın təmiri işləri də aparılıb.

Əlilliyi olan şəxslərin dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə görülən işlərin davamı olaraq cari ilin 11 ayında əlilliyi olan şəxslərə ümumilikdə 31 537 reabilitasiya vasitəsi və protez-ortopedik məmulat verilib.

Yanvar-noyabr aylarında Protez-Ortopedik Bərpa Mərkəzinin tibbi-texniki briqadası tərəfindən respublikamızın bölgələrində səyyar formada protez-ortopedik bərpa xidmətləri də göstərilib. Qeyd olunan şəxslər elə yaşadıqları rayon və ya şəhərdə ehtiyac duyduqları protez-ortopedik məmulat və reabilitasiya vasitələri ilə təmin olunublar.

Mərkəzin və onun Gəncə şəhərindəki filialının mürəkkəb protezləşdirmə stasionarlarında 670 nəfər əlilliyi olan şəxsə protezləşməyə hazırlanma, protezlə təmin edilmiş şəxslərə protezlə hərəkət edilmənin öyrədilməsi, onurğa sütunu zədələnmiş spinal əlillərin və skoliozlu uşaqların reabilitasiyası və s. istiqamətlərdə bərpa-müalicə xidmətləri göstərilib.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!