Zelenskinin yeni "sağ qolu" kim olacaq? .....                        MDB liderləri bu ölkədə görüşəcək .....                        ABŞ iki od arasında .....                        Hər zaman həmrəy olaq! .....                        İranda etirazlar - minlərlə insan ayağa qalxdı .....                        Zəngəzur dəhlizi dünyanın ən yüksək tutumlu ticarət yolu olacaq .....                        ABŞ Ukraynaya qoşun yeridəcək? - Zelenskidən cavab .....                        Ərəb ölkəsi Yəməndə əməliyyatı dayandırır .....                        Bəşər Əsədin fotosu silindi .....                       
Tarix : 17-06-2016, 15:17
284 nəfər əlilliyi olan şəxs işə təmin edilib


Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ilin yanvar-may aylarında 284 nəfər əlilliyi olan şəxs münasib işlərlə təmin edilib.

Butov.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, onlardan 128 nəfəri sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün nəzərdə tutulan kvota çərçivəsində vakant olan iş yerlərinə təyin olunublar. Əlilliyi olan şəxslərin işlə təmin edilməsi göstəricilərinə görə Abşeron, Aran və Naxçıvan iqtisadi rayonları üstünlük təşkil edib.

Cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli qurumları tərəfindən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün nəzərdə tutulmuş kvota üzrə 665 müəssisə üzrə 2 minə yaxın boş iş yeri müəyyən edilib. Həmin vakansiyaların yarısı əlilliyi olan şəxslər üçündür.

“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əlilliyi olan şəxslər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar kateqoriyasına aid edilirlər. Onların güzəştli şərtlərlə işlə təminatı qanunun əsas tələblərindən biridir. Nazirlər Kabinetinin "Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası"na görə, idarə, müəssisə və təşkilatlarda sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər üçün müəyyən edilən kvotanın 50 faizə yaxını əlilliyi olan şəxslər üçün nəzərdə tutulur.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!