Nazir iclas çağırdı - Polisə tapşırıq verdi .....                        Bakıda iki dost alim vəfat etdi .....                        Azərbaycanda D-8 həftəsi təşkil edilir - FOTO .....                        “Şuşa Şəhəri Dövlət Qoruq İdarəsi”nin direktor müavini işdən çıxarıldı .....                        Bakının bu ərazilərində minib-düşmə yeri yaradıldı .....                        Pakistanda 5,5 bal gücündə zəlzələ .....                        Şabranda ər arvadını bıçaqladı .....                        Ermənistanda rektor, prorektor və bir neçə əməkdaş saxlanıldı .....                        Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarılacaq .....                       
Tarix : 9-01-2017, 20:16
Ötən il 23 mindən çox elektron imza sertifikatı istifadəyə verilib

Azərbaycanda elektron imzadan istifadə göstəricisi artıb.
Butov.az xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “Report”a verilən xəbərə görə, 2016-cı ildə dövlət qurumlarına 18,470, fiziki şəxslərə 1,400, hüquqi şəxslərə isə 3,170 olmaqla, ümumilikdə 23,040 elektron imza sertifikatı istifadəyə verilib. Bu da 2015-ci il ilə müqayisədə 6,254 sertifikat sayı çoxdur və indiyə qədər verilən elektron imza sertifikatları sayının 23%-ni təşkil edir.
Məlumatda bildirilib ki, elektron imza sertifikatlarının istifadəyə verildiyi gündən bu il yanvarın 1-i tarixinə qədər olan statistikaya əsasən, Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən dövlət qurumları üzrə 65,982, fiziki şəxslər üzrə 17,210, hüquqi şəxslər üzrə isə 17,024 olmaqla, ümumilikdə 100,216 elektron imza sertifikatı istifadəyə verilib.
Ötən il ərzində dövlət qurumları tərəfindən 7,460,300, habelə hüquqi və fiziki şəxslər tərəfindən 1,339,822 olmaqla, ümumilikdə 8,800,122 autentifikasiya və elektron imza əməliyyatları aparılıb. Bu isə 2011-ci ildən bugünə qədər aparılan 17,852,793 autentifikasiya və elektron imza əməliyyatlarının 49%-i deməkdir.
Sözügedən dövr ərzində elektron imza kartları vasitəsi ilə portalda ümumilikdə 4,527,251 autentifikasiya qeydə alınıb.
Qedy edək ki, “Elektron imza” kartlarından 2012-ci ildən etibarən dövlət idarəçiliyi sahəsində geniş istifadə olunur. Ötən il Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən elektron imza sertifikat daşıyıcılarının yeni növü - USB tokenlər də istifadəçilərin ixtiyarına verilib.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!