Prezident İraq Kürdüstanının Baş naziri ilə görüşüb .....                        Paşinyanın 28 il əvvəl etdiyi 20 Yanvar etirafı .....                        Bakıda iki bacı dəm qazından öldü .....                        Sabah Xankəndiyə ilk köç olacaq .....                        Ceyhun Bayramov Hakan Fidanla danışdı .....                        Geomaqnit qasırğası müşahidə olunur .....                        Sabah da qar yağacaq .....                        Prezident Davosda görüş keçirdi .....                        İlham Əliyevə verilən mükafat daha əvvəl kimə təqdim edilib? .....                       
Tarix : 10-01-2017, 10:50
Orta məktəb psixoloqlarına təlim keçiləcək

Bakı Şəhər Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Məktəb psixoloqlarının peşəkar inkişafı” layihəsinə start verilib.

Butov.az xəbər verir ki, Təhsil İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, layihənin məqsədi məktəb psixoloqlarının peşə bacarıqlarını inkişaf etdirmək, onları vəzifə və hüquq öhdəlikləri ilə bağlı maarifləndirmək, uşaqlarla həyata keçirdikləri psixoloji işlərin keyfiyyətini yüksəltmək və ailə-məktəb əməkdaşlığını intensivləşdirməkdən ibarətdir.

Layihə çərçivəsində ilk olaraq ümumi təhsil məktəblərinə “Ehtiyacların müəyyən edilməsi” adlı sorğu göndərilib. Sorğuda 241 nəfər məktəb psixoloqu iştirak edib. Sorğunun nəticələri əsasında Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutu tərəfindən məktəb psixoloqları müsahibədən keçirilib və nəticələr təhlil olunub.
Müsahibədə BŞTİ-nin tabeliyindəki 255 ümumi təhsil məktəbinin, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan 20 məktəb və liseyin, 1 internat və 1 məcburi köçkün məktəbinin psixoloqu iştirak edib.

Müsahibədən keçən psixoloqlar üçün Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutu və Humel Psixologiya Mərkəzi tərəfindən iki istiqamətdə təlim paketi hazırlanıb. Psixoloqların səviyyəsinə uyğun olaraq iki və beşgünlük təlimlər təşkil ediləcək.

Qeyd edək ki, ilk təlim Binəqədi, Nəsimi və Nərimanov rayonları üzrə ümumi təhsil məktəblərinin bir qrup psixoloqlarının iştirakı ilə 8 nömrəli tam orta məktəbdə keçirilib. Təlimlərin fevral ayına qədər davam etməsi nəzərdə tutulub.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!