Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
Tarix : 19-04-2016, 12:42
Məktəb direktoru olmaq istəyənlər üçün imtahanın nəticələri açıqlandı


Aprelin 19-da Təhsil Nazirliyində məktəb direktorlarının işə qəbulu imtahanı və Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələri ilə bağlı mətbuat konfransı keçirilib.

Butov.az-ın Lent.az-a istinadən məlumatına görə, mətbuat konfransında iştirak edən Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdir müavini Eşqi Baǧırov bildirib ki, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul ilə bağlı keçirilən test imtahanının nəticələrinə əsasən, elektron ərizəsi təsdiq olunan 2260 nəfərdən 1591 nəfər imtahanda iştirak edib, 493 nəfər müsahibə mərhələsinə vəsiqə qazanıb: "597 vakansiya elan edilmişdi. Nəzərdə tutulan imtahanlarda 30 baldan çox toplayanlar yer qazanib".

Onun sözlərinə görə, məktəb direktoru olmaq istəyən namizədlərin imtahanda iştirakı prosesi tam elektronlaşdırılıb: "Bütün proseslər xüsusi proqram təminatı vasitəsilə həyata keçirilib. Hər namizədə 110 dəqiqə vaxt verilib. Bu vaxtın 90 dəqiqəsi sual-cavab, qalan 20 dəqiqəsi isə esse yazılması üçün nəzərdə tutulub. Esse yazmaq üçün proqram təminatı yaradılıb və namizədlər mövzuya uyğun fikirlərini kompüter vasitəsilə qeyd ediblər. İKT bilikləri zəif olan namizədlər üçün kağızda yazmaq imkanı yaradılıb.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!