İstabulda tarixi danışıqlar: kim uddu, kim uduzdu... .....                        Ədalət Partiyasının yeni sədri kimdir? .....                        Ermənistanda baş nazir vəzifəsinə namizəd irəli sürüldü - Paşinyana rəqib .....                        İlham Əliyev Baş nazirlə işçi naharda .....                        MDB dövlətləri təhlükəsizlik orqanlarının rəhbərləri Tacikistanda .....                        Əfv Komissiyasının iclasları başa çatdı - Siyahı Prezidentə təqdim olunacaq .....                        Əliyev-Paşinyan görüşündə danışılan bəzi detallar .....                        Ərdoğan Avropa Siyasi Birliyində nələr dedi... .....                        "Abzas Media" işinin məhkəmə istintaqı yekunlaşdı .....                       
Tarix : 13-10-2016, 20:31
“Məktəb seminarları” layihəsinə başlanılacaq


Oktyabrın 19-da Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan “Məktəb seminarları” layihəsinə başlayacaq.

Butov.az xəbər verir ki, BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, paytaxtın ümumi təhsil məktəblərini əhatə edən “Məktəb seminarları” layihəsinin məqsədi keyfiyyətli tədris, birgə rəhbərlik, məktəblərin təşkilati mədəniyyətinin inkişafı, təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması, habelə məktəblərin “öyrənən məktəb-öyrənən təşkilat” kimi inkişaf etdirilməsinə dair mövzularda seminarlar keçirmək və bu kimi digər vacib dəyərləri təbliğ etməkdir.

“Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan “Səmərəli məktəb yaradaq” təşəbbüsü çərçivəsində “Məktəb seminarları”, “Oxu marafonu”, “Qlobal yazı”, “Beynəlxalq əməkdaşlıq”, “75 məktəb”, “Qlobal vətəndaşlıq”, “Məktəb idarəetməsinin dəstəklənməsi”, “Kitabxana dərsləri” və digər silsilə layihələr həyata keçiriləcək.

Layihənin icrasına Pirallahı rayonunda yerləşən 186 nömrəli tam orta məktəbdə başlanılacaq.

Qeyd edək ki, “Məktəb seminarları” layihəsi 2015-2016-cı tədris ilində təhsildə uğurlu nəticələr əldə edən məktəblərin nailiyyətlərinin müzakirəsi və idarəetmə istiqamətində mövcud olan uğurlu təcrübənin bölüşdürülməsi məqsədilə həyata keçirilən “Nəzəriyyədən təcrübəyə” adlı “Açıq qapı” layihəsinin davamıdır. Layihənin ikinci ilində məqsəd təhsildəki keyfiyyət artımının daha da dayanıqlı olması, “keyfiyyətli təhsilvermə”, “xoşbəxt şagird - keyfiyyətin ən vacib göstəricisi” kimi amilləri əsas götürməklə səmərəli məktəb ideyasının dəyərə, ənənəyə çevrilməsini təmin etməkdir.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!