Sabah Azərbaycan Ermənistana neft göndərəcək .....                        Kadırov da həbs edilsin! - Zelenskidən təklif .....                        Ərdoğan qalmaqallı xəbəri təkzib etdi .....                        Xaricdə döyüşmüş 6 nəfər SAXLANILDI .....                        Astarada ağır yol qəzası - Ər-arvad xəsarət aldı .....                        Ermənistan Azərbaycana qarşı təxribatı maliyyələşdirir .....                        DİN sürücülərə çağırış etdi .....                        Prezident Nəsibə Zeynalovanın oğlunu təltif etdi .....                        Prezident bu şəxsləri təltif etdi - SİYAHI .....                       
Tarix : 10-01-2017, 20:04
Kənd təsərrüfatında 2,6 faiz artım var - Nazirliyin açıqlaması

2015-ci illə müqayisədə ötən il kənd təsərrüfatının ümumi məhsulu 2,6 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,8 faiz, bitkiçilik məhsulları istehsalı isə 2,5 faiz artıb.

Butov.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, kənd təsərrüfatında bitkiçilik məhsullarının yığımı başa çatıb.

2016-ci ildə payızlıq və yazlıq dənli və dənli-paxlalı bitkilərin 997,5 min hektar əkin sahəsindən 3 mln. 65,1 min ton və ya 2015-ci illə müqayisədə 2,2% (65,7 min ton) çox məhsul götürülüb. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 30,7 sentner təşkil edib.

2016-cı ildə 902,4 min ton və ya əvvəlki ilə nisbətən 7,5% çox kartof, 1 mln. 269,3 min ton (0,5% az) tərəvəz, 464,6 min ton (4,1% az) bostan məhsulları, 883,7 min ton (0,5% az) meyvə və giləmeyvə, 134,5 min ton (14,4% az) üzüm, 1 015,7 ton (75,4% çox) yaşıl çay yarpağı, 321,3 min ton (72,7% çox) şəkər çuğunduru, 17,1 min ton (9,3% az) dən üçün günəbaxan, 3 598,2 ton (3,8% çox) tütün yarpağı yığılıb.

Dekabr ayının 26-dək sahələrdən 87,2 min ton (2,5 dəfə çox) pambıq yığılaraq tədarük müəssisələrinə təhvil verilib.

Bu il 523,8 min ton, yaxud əvvəlki ilə nisbətən 1,6% çox diri çəkidə ət, 2 009,9 min ton (4,4% çox) süd, 1 609,8 mlrd. ədəd (3,7% çox) yumurta, 16,7 min ton (2,1% az) yun istehsal olunub.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!