“Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                       
Tarix : 21-11-2018, 07:47
Araşdırma: Hindistanda havanın çirkliliyi insan ömrünü 4 il azaldır
Hindistanda havanın çirkliliyi insan ömrünü orta hesabla 4 ildən çox azaldır.
AZƏRTAC xəbər verir ki, bu barədə faktlar Çikaqo Universitetinin Enerji Siyasəti Institutun araşdırmasında əksini tapıb. Bildirilir ki, havanın çirkliliyinə görə dünyada ikinci yerdə olan Hindistanda bu istiqamətdə vəziyyət ötən əsrin 90-cı illərindən başlayaraq daha da pisləşməyə başlayıb. Son iki ildə isə havanın çirkliliyi daha da çoxalıb. Çikaqo Universitetinin tədqiqatçıları güman edirlər ki, əgər Hindistanda havanın təmizliyi Dünya Səhiyyə Təşkilatının (DST) normalarına uyğun olarsa, ölkədə orta ömür həddi 4,3 il çox olar.
Araşdırmada Çində və Hindistanın bəzi yerlərində havanın çirkliliyinin insan ömrünün 6 ilə qədər qısalmasına səbəb olduğu göstərilir. Diqqət çəkən başqa bir məqam odur ki, dünya əhalisinin 75 faizi (5,5 milyard nəfər) havanın çirkliliyinin DST-nin müəyyən etdiyi normadan daha çox olduğu ərazilərdə yaşayır.
Havanın çirkliliyi dünya üzrə orta ömür həddinin 1,8 il azalmasına səbəb olur ki, bu da insan sağlamlığı üçün qlobal təhdiddir. Hindistan və Çin dünya üzrə ümumi hava çirkliliyinin 36 faizini “təmin edir”.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!