Azərbaycan futbolu adına çox sevinirəm - Qurban Qurbanov .....                        Mən sehrbaz deyiləm... .....                        İlham Əliyev "Qarabağ"ı TƏBRİK ETDİ .....                        Ukrayna Azərbaycana təşəkkür etdi .....                        Sərnişinin pulunu oğurlayan avtobus sürücüsü saxlanıldı .....                        Ağcabədidə 10 kiloqram narkotik aşkarlanıb .....                        Bakıda 2 nəfər prokurorluqdan, 1-i vəzifəsindən xaric edildib .....                        Dünyada taxıl qıtlığı gözlənilir - Proqnoz .....                        Ziya Bunyadov prospektindəki yanğın tam söndürülüb .....                       
Tarix : 22-09-2021, 11:05
100 milyon peyvənd dozası istifadəyə yararsız hala düşə bilər


Koronavirus pandemiyasına qarşı mübarizədə dünyanın bir sıra ölkələrində peyvənd dozalarına böyük ehtiyac olduğu halda, inkişaf etmiş ölkələr əhalinin tələbatından artıq miqdarda peyvəndi anbarlarda saxlayır. Bu ilin sonunadək dünyada koronavirus əleyhinə 100 milyon peyvənd dozasının saxlanma müddəti başa çatacaq.

Məlumatların analizi üzrə ixtisaslaşmış “Airfinity“ şirkətinin məlumatına görə, ən qısa zamanda həmin kontingent tələbat olan yerlərə yönəldilməsə, böyük həcmdə peyvənd ehtiyatı yararsız hala düşəcək. Qeyd edilib ki, istifadə edilməyən peyvənd dozalarının təxminən 40 faizi Avropa İttifaqı ölkələrindədir. Buna səbəb kimi yay aylarında yoluxma hallarının azalması fonunda əhalinin vaksinasiya kampaniyasında iştiraka meyilli olmaması, tələbatdan artıq peyvəndin alınması və həmçinin peyvənd inkarçılarının aktiv fəaliyyəti göstərilir.

Peyvənd dozalarını idxal etdikdən sonra əksər ölkələrdə müvafiq vaksinasiya kampaniyasını təşkil etmək üçün azı iki aylıq saxlanma müddətinə ehtiyac olduğunu nəzərə aldıqda, o zaman daha 40 milyon peyvənd dozasının aqibəti təhlükə altına düşür. Şirkətin hesablamalarına görə, qeyd edilən peyvənd dozaları ən qısa zamanda yoxsul ölkələrə göndərilsə, bu kontingent indiyədək alınan və yardım olaraq təqdim edilən peyvənd dozaları ilə birlikdə həmin ölkələrdə əhalinin 70 faizinin vaksinasiyası üçün yetərli ola bilər.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) davamlı olaraq peyvənd dozalarının ədalətli bölgüsü üçün çağırışlar edir. Bildirilir ki, koronavirus peyvəndləmə kvotası aşağı olan ölkələrdə nə qədər çox yayılarsa, bu, onun yeni variantlarının yaranması təhlükəsini bir o qədər artırar. Yeni variantların yaranması isə peyvənd maddələrinin onlara qarşı daha az effektiv olması ilə nəticələnə bilər.


Paylaş



Bölmə: Dünya / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!