Pezeşkian da Xankəndiyə gəlir - Səfirlik TƏSDİQLƏDİ .....                        Sulutəpədə evlərdən 10 min manatlıq qızıl oğurlandı .....                        Rusiya və Azərbaycanın Baş prokurorluqları müzakirə aparıblar .....                        ABŞ Azərbaycana yeni müvəqqəti işlər vəkili təyin etdi .....                        İmtahan nəticələri AÇIQLANDI .....                        Prezident Xankəndi-Şuşa kanat yolunun ərazisinə baxıb .....                        20 gün əvvəl su anbarında batan gənc qızın meyiti tapıldı .....                        Dubaydan gələn sərnişində 548 karat brilyant aşkarlandı - FOTO .....                        Şahbaz Şərif Füzulidə .....                       
27-12-2022, 21:10
Podolyak Rusiyanın hərbi sahədəki addımlarını dəyərləndirdi


Podolyak Rusiyanın hərbi sahədəki addımlarını dəyərləndirdi

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Rusiyanın hərbi sahədəki addımlarını dəyərləndirib. Müşavir bu barədə twitter səhifəsində yazıb. "Nə tam səfərbərlik, nə panika içərisində silah axtarmaq, nə İranla gizli anlaşmalar, nə də Lavrovun təhdidləri Rusiyaya kömək edə biləcək. Rusiyanın reallıqlarla üzləşməsinə ehtiyac var. Ukrayna Rusiyanı sona qədər tam demilitarizasiya edəcək. İşğalçıları işğal altındakı bütün regionlardan qovub çıxaracaq. Səssizcə finalı gözləyin", - deyə Podolyak qeyd edib. Xatırladaq ki, bu ilin 24 fevralında Rusiyanın Ukrayna ərazilərinə hücumu ilə başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
27-12-2022, 15:16
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-10° isti, Bakıda gecə 4-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 765 mm civə sütunu enəcək. Nisbi rütubət 60-70% olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-4° isti, gündüz 7-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
27-12-2022, 15:13
ABŞ-dan İrana çağırış - Etirazçıları azad edin


ABŞ-dan İrana çağırış - Etirazçıları azad edin

ABŞ İranı ölkədəki bütün etirazçıları qeyd-şərtsiz azad etməyə çağırıb. Bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib. “Biz İranda azadlıqlarının dinc şəkildə həyata keçirilməsi üçün həbsdə olan bütün insanların qeyd-şərtsiz azad edilməsinə çağırırıq”, - o, twitter-də yazıb. Prays ABŞ-ın təşəbbüsü ilə İranın BMT-nin Qadınların Statusu Komissiyasından çıxarılmasını xatırladıb. Onun sözlərinə görə, bu, “cəsur İran qadınlarına dəstək məqsədilə” edilib. "Onların hüquqları uğrunda mübarizə davam edir", - ABŞ Dövlət Departamentinin nümayəndəsi əlavə edib. Bundan əvvəl Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası (ECOSOC) İranın 2026-cı ilə qədər BMT-nin Qadınların Statusu Komissiyasından çıxarılmasına səs verib.
27-12-2022, 15:08
Naxçıvanın yeni rəhbərindən yeni qaydalar


Naxçıvanın yeni rəhbərindən yeni qaydalar

"Naxçıvanda qanundan kənar, kiminsə kefinə görə tətbiq edilən qadağaların hamısı ləğv olunacaq". Bu sözləri Naxçıvana yeni təyin edilmiş Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Real TV-yə açıqlamasında deyib. Onun sözlərinə görə, Naxçıvandakı problemlər araşdırılır, Prezidentin tövsiyələrinə uyğun şəkildə məsələlərin həllinə çalışılır: “Prezidentin tapşırıqları çoxdur. Onların qısa müddətdə həll edilməsi mümkün deyil, bir az vaxt lazımdır”. Səlahiyyətli nümayəndə bildirib ki, Ali Məclis öz fəaliyyətini davam etdirəcək: “Məclis qanunverici orqan, xüsusi nümayəndəlik isə icra orqanı kimi fəaliyyət göstərəcək”. Daha ətraflı aşağıdakı video:

[media=https://youtu.be/VOtm7DVwoDA]

27-12-2022, 15:05
ABŞ Rusiyaya təhdid dolu mesajlar göndərir - Lavrov


ABŞ Rusiyaya təhdid dolu mesajlar göndərir - Lavrov

ABŞ Müdafiə Nazirliyinin nümayəndələrinin bəzi bəyanatları Rusiya və prezident Vladimir Putin üçün təhdid kimi qiymətləndirilə bilər. Bunu TASS-a müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Nazirin sözlərinə görə, Pentaqondan bəzi “adları açıqlanmayan rəsmilər” Kremlə “başkəsmək zərbəsi” vurmaq hədəsi ünvanlayıblar. “Əslində söhbət Rusiya dövlətinin başçısının fiziki olaraq vəzifəsindən kənarlaşdırılması təhlükəsindən gedir”, - o deyib. Lavrov xəbərdarlıq edib ki, “əgər bu cür ideyalar həqiqətən də kimlər tərəfindəsə düşünülübsə, onlar bu cür planların mümkün nəticələri barədə çox ciddi düşünməlidir”. Lavrov konkret kimi nəzərdə tutduğunu açıqlamayıb. Bununla belə, sentyabrın sonunda “Newsweek” jurnalı məqalə dərc edib və onun müəllifləri hərbi mənbələrə istinadən ABŞ-ın Rusiyanın nüvə silahından istifadə edəcəyi təqdirdə mümkün cavab tədbirlərini nəzərdən keçirdiyini bildiriblər. Onlardan biri Kremlə “öldürücü zərbə”ni nəzərdə tutur.
27-12-2022, 14:59
Mask İran üzərindən 100-ə yaxın rabitə peykinin olduğunu açıqladı


Mask İran üzərindən 100-ə yaxın rabitə peykinin olduğunu açıqladı

“Space X” şirkətinin rəhbəri İlon Mask kosmik şirkətin hazırda İran üzərində 100-ə yaxın aktiv “Starlink” rabitə peykinin olduğunu açıqlayıb. O, hələ 2022-ci ilin payızından İran üzərində bu xidməti aktivləşdirməyi planlaşdırdığını bildirmişdi.“Biz artıq İranda eyni anda 100 “Starlink” peykini aktivləşdirməyə yaxınıq”, - deyə Mask bildirib. Agentliyin məlumatına görə, Maskın planlarına təkcə əlavə bazarı inkişaf etdirmək istəyi deyil, həm də siyasi motivlər daxildir. Mask açıqlamalarının birində qeyd etmişdi ki, İrana internet azadlığını və sərbəst informasiya axınını təşviq etmək üçün “Starlink” lazımdır. O bildirib ki, İranda “Starlink”in işini təmin etmək üçün ABŞ səlahiyyətlilərindən sanksiyalara bəzi istisnalar edilməsini də istəyib. Hələlik şirkətin ölkə daxilində terminallarının olub-olmaması və onları İrana necə çatdırmağı planlaşdırdıqları barədə məlumat yoxdur. Xəbərə əsasən, Ağ Ev İlon Maskla “Starlink” sisteminin İranda genişləndirilməsi ilə bağlı danışıqlar aparır ki, sakinlər bütün ölkə ərazisində smartfonlardan internetə çıxış əldə etsinlər.
27-12-2022, 14:49
Özünü “falçı” kimi tanıdaraq, külli miqdarda pul mənimsədi


Özünü “falçı” kimi tanıdaraq, külli miqdarda pul mənimsədi

Bakıda müxtəlif qadınlara qarşı falçılıq adı ilə dələduzluq edən qadının məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına Lamiyə Qalimova çıxarılıb. 21 yaşlı Lamiyə instaqramda səhifə açaraq özünü falçı kimi təqdim edib. O, bu məqsədlə bir neçə qadına qarşı dələduzluq edib. Qadınların “falçı”ya müraciət etməsinin əsəs səbəbi həyat yoldaşları ilə bağlı olub. Məsələn, qadınlardan biri həyat yoldaşı ilə küskünlüyü aradan qaldırmaq üçün Lamiyəyə 970 manat ödəniş edib. Lamiyə bu məbləğin qarşılığında qadına rəngli şamlar göndərərək onu gecə saat 00:00-da yandırmasını və ona təqdim etdiyi duaları oxumasını istəyib. Lakin bu vasitələrin heç biri qadının əri ilə arasında olan küskünlüyün bitməsinə səbəb olmayıb və o, Lamiyə tərəfindən aldadıldığını başa düşüb. Lamiyə eyni üsulla başqa bir qadına rəngli şamları hətta 1700 manata satıb. Başqa bir qadın isə Lamiyəyə fala baxmaq üçün müraciət edib. 21 yaşlı qız fala baxan zaman qadına ailə, şəxsi və iş həyatında böyük problemlərlə üzləşəcəyini, oğlunun öləcəyini, cadu olunduğunu, üstündə ağırlıq qaldığını bildirib. Lamiyə həmçinin ona 500 manat pul verməsə, bütün bunların baş verəcəyini və ona heç bir köməklik edə bilməyəcəyini bildirib. O, Lamiyədən ona necə köməklik edə biləcəyini soruşduqda isə, “falçı” ona şamlar alıb “magiya” ilə rituallar keçirib özündə olan xüsusi enerji ilə şər qüvvələri ondan uzaqlaşdıracağını deyib. Qadın 500 manatı taparaq Lamiyəyə göndərib. Bundan bir gün sonra verdiyi pulla ona köməklik edə biləcəyini, lakin oğlunu ölümdən qurtara bilməyəcəyini deyib. Lamiyə ona oğlunun ölümünə 1 ay vaxt qaldığını və tez vaxtda onu şər qüvvələrdən qorumalı olduğunu bildirib. Bu məqsədlə “falçı” qadından daha 700 manat alıb və sonradan telefonlara cavab verməyib. Dələduzluğa məruz qalanlar çox keçmədən aldadıldıqlarını başa düşərək hüquq-mühafizə orqanlarına müraciət ediblər. Hakim qərar qəbul edərkən zərərçəkmişlərdən ikisinə dəymiş ziyanın ödənilməsini, eyni zamanda Lamiyənin cavanlığını nəzərə alıb. Qərara əsasən, o, 2 il 8 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
27-12-2022, 14:41
Vardanyan tələb qoydu - Ya mən, ya o..


Vardanyan tələb qoydu - Ya mən, ya o..

Özünü Qarabağ separatçılarının “dövlət naziri” elan etmiş milyarder Ruben Vardanyanla separatçıların “Təhlükəsizlik Şurası”nın “katibi” Vitali Balasanyan arasında münasibətlər kifayət qədər gərgindir. Bu barədə Ermənistanın müxalifyönlü “Hraparak” qəzeti yazıb. Bildirilib ki, əgər əvvəllər separatçılar adından Rusiya sülhməramlıları və azərbaycanlılarla bir nömrəli danışıq aparan şəxs Vitali Balasanyan idisə, indi onu arxa plana atıblar. Vardanyanla Balasanyan arasında gərginlik hətta o həddə çatıb ki, Vitali bazar günü Xankəndidəki meydanda keçirilən mitinqdə belə iştirak etməyib.“Mənbəmiz deyir ki, Vardanyan tələb qoyub: ya mən, ya da Balasanyan”, - deyə “Hraparak” qeyd edib. Məqalədə bildirilib ki, Vitali Balasanyanın tezliklə “Təhlükəsizlik Şurası”nın “katibi” postu ilə vidalaşacağı da istisna edilmir. Hətta onu əvəz edəcək şəxsin adı da açıqlanıb: Qarabağ separatçılarının “müdafiə qüvvələri”nin keçmiş “komandanı” Levon Mnatsakanyan. “Hraparak” bildirir ki, Qarabağ separatçılarının keçmiş başçısı Bako Saakyan hazrda Ruben Vardanyana komanda qurmaqda fəal şəkildə kömək edir. O da qeyd olunur ki, Qarabağda separatçıların hazırkı başçısı Arayik Arutyunyanın da “vurulma” prosesi gedir. Bu səbəbdən Arayikə də bazar günü keçirilən mitinqdə çıxış etmək imkanı yaradılmayıb. “Artsaxda rəvan hakimiyyət dəyişikliyinin başlandığı və Paşinyanı rədd edə bilən Vardanyanın hakimiyyətə gəldiyi görünür”, - deyə “Hraparak” milyarderin Azərbaycanla barışmaz mövqeyə malik olduğunu yazır.
27-12-2022, 14:35
ABŞ-da fövqəladə vəziyyət elan edildi


ABŞ-da fövqəladə vəziyyət elan edildi

ABŞ Prezidenti Co Bayden qar fırtınası ilə əlaqədar Nyu-York ştatında fövqəladə vəziyyət elan edib. Bu barədə Ağ evin saytında məlumat yerləşdirilib. Qeyd olunub ki, Bayden ölkənin Daxili Təhlükəsizlik Departamentinə və ABŞ Federal Fövqəladə Halların İdarə Olunması Agentliyinin mütəxəssislərinə sakinlərə kömək etmək tapşırığı verib. Xatırladaq ki, ötən həftə ABŞ-ın böyük bir hissəsi güclü külək və qarla müşayiət olunan fırtınaya məruz qalıb. Bir çox ştatlarda temperatur rekord həddə aşağı düşüb.
26-12-2022, 22:08
Laçın yolunda aksiya davam edir


Laçın yolunda aksiya davam edir

Azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində keçirdiyi aksiya izdihamla davam edir. Ekoloji terrora son qoyulması məqsədilə dekabrın 12-dən başlayan etiraz aksiyasına bu gün müxtəlif bölgələrdən çoxlu sayda könüllü təşkilatları qoşulub. Xankəndi-Şuşa yolunda təşkil olunan aksiyanın iştirakçıları ekoloji terrora etiraz olaraq müxtəlif şüarlar səsləndirirlər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!