TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
Tarix : 15-02-2025, 08:43
BİR DƏMİRÇİ NƏSLİNİN  QISA TARİXİ XRONOLOGİYASI

BİR DƏMİRÇİ NƏSLİNİN QISA TARİXİ XRONOLOGİYASI VƏ
YA DƏMİRÇİ MUZEYİ


İsmayıllı respublikamızda cofrafi mövqeyinə, əsrarəngiz təbii sərvətlərinə, şərəfli keçmişinə, zəngin tarixinə, həmçinin elm, mədəniyyət, incəsənət, ictimai-siyasi, sosial və digər sahələrdə yetişdirdiyi adamların, yenilikçi, qurucu insanların sayına-sanbalına görə öncül rayonlardandır. Qədim-qayın yaşayış məskənlərindən biri olan rayonun Sulut, eləcə də ətrafındakı bəzi yurd yerlərinin könüloxşayan mənzərələri, təbii sərvətləri, maddi mədəniyyət nümunələri, abidələr, türbələr, istehkamlar, qalalar, çaylar, bulaqlar, dağlar, dərələr, meşələr, yaylaqlar, qışlaqlar...kino lenti kimi göz önündən gəlib keçir.
Azərbaycanda misgərlik sənətinin mərkəzlərinin Təbriz, Gəncə, Naxçıvan, Şamaxı, Bakı, Ərdəbil, Lahıc (İsmayıllı) və s. olduğu söylənir. Həmin sənətkarlıq ənənəsini özündə yaşadan məskənlərdən biri də Sulut kəndidir. Sulut kəndi Azərbaycanın ən qədim və ən gözəl yaşayış məntəqələrindən biridir. Sulut İsmayıllı şəhərindən 36 km şərqdə, Şamaxı şəhərindən 39 km şimali-qərbdə Fit dağının ətəyində, Böyük Qafqaz dağlarının cənubunda yerləşir. Kənd sənətkarlıqmərkəzi olan Lahıc, Basqal, Mücü, Xankəndi, Ağsu rayonunun bir neçə kəndi ilə -Sanqalan, Quzay, Qırlar, Kalva, Hacman, Şamaxı rayonunun bəzi kəndləri ilə əhatə olunub. Kəndin ərazisində olan qala, tikili qalıqları, tapılan maddi mədəniyyət nümunələri, müxtəlif dövrlərdə zərb edilmiş pullar burada eramızın ilk əsrlərindən yaşayış olmasını sübut edir.

Kəndin tarixi çox qədim olsa da, dəqiq müəyyənləşdirilməmişdir. Bir neçə min il tarixə malik Sulut kəndinin əcdadları Dağıstan, Quba, Şamaxıdan gələrək burda məskunlaşdığı, əkinçilik, maldarlıq, sənətkarlığın müxtəlif sahələri ilə məşğul olduğu tarixdən məlumdur. Bu kənddə olan məhəllələr elə insanların məşğul olduqları sənətlə əlaqədar olaraq və ya ayrı- ayrı nəsillərin soyadı ilə adlanırdı. Əlibəyli məhəlləsi, Orta məhəllə, Çarıqçılar məhəlləsi, Dəmirçilər (Usta Kərimlilər) məhəlləsi, Qubalı məhləsi, Quşçu məhləsi, Dərə məhəlləsi, Ləzgilər məhəlləsi, Səbətçilər məhəlləsi, Kömürçülər məhəlləsi, Dulusçular məhəlləsi, Mövlamlılar məhəlləsi, Qurbanlılar məhəlləsi, İsrafillilər məhəlləsi,Yuxarı baş məhəlləsi.
Bu məqalədə Dəmirçilər-Usta kərimlilər məhəlləsinin keçmişi və bu günü, o nəslin davamçılarından olan Rafiq Kərimovun babalarından yadigar qalmış dəmirçi sexinin əsasında yaratdığı “Dəmirçi muzeyi” haqqında oxuculara geniş məlumat çatdırmağı qarşımıza məqsəd qoymuşuq.
Sulutda tarixən onlarla dəmirçi sexləri olsa da bu günə gəlib çıxan Kərimlilər nəslinin dəmirçi sexidir. Bu gün o sexi yaşadan kənd orta məktəbinin sabiq direktoru, tarix müəllimi Rafiq Kərimovdur. Rafiq Kərimov 1977-ci ildə Azərbaycan Dölət Pedaqoji İnstitutunu (indiki ADPU) fəqlənmə ilə bitirmiş və öz doğma kəndində tarix müəllimi kimi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əlindən gələni əsirgəməmişdir. Müəllimliklə yanaşı ata-babasının da dəmirçi sənətini davam etdirmiş, bu sənətin qorunub saxlanmasında xüsusi əməyi olmuşdur. Rafiq müəllim həmçinin bir sıra xeyriyyə işləri də görmüşdür. Belə ki, 4 km-lik məsafədən su çəkdirərək xeyriyyə bulağı, avtobus dayanacağı, kənd qəbirsitanlığında cənazə namazı qılmaq üçün xüsusi yer və s. düzəltmişdir.

Canlı tarix olan Rafiq müəllimin öz dəmirçi nəsli haqında dediklərini olduğu kimi qələmə aldıq:
“Atam usta Rəhim söyləyirdi ki, təxminən 8-ci babamız olan usta Rəhim dağıstandan məlum olmayan səbəbdən köçüb burada yurd salmışdır. Təxminən XIV əsrdən usta Kərimlilər adlanan bu nəslin nümayəndələri bu günə qədər dəmirçi sənətini davam etdirmişlər. Bizim nəslin bir qolu dəmirçi sənətini qoruyub saxlamış, digər qolları isə başqa sahələrdə də çalışmışlar.
Babalarım Rəhim, Cəlil, Ağanəbi, Əhməd, Sədulla, Ağakərim, Ağababa, atam Rəhim dəmirçi olublar. Onların sənətini müxtəlif dövrlərdə yaşamış nəsl davamçıları olan övladları-Ağasadıq, Hidayət, Abdulmahmud, Bağı, Rəhman, Tahir, Zayıd, Kamal, Kamran davam etdirmişdilər.
Babam Ağababanın öz həyətində ikimərtəbəli dükanı, dəmirçi sexi və su dəyirmanı olub. Sovet hakimiyyəti qurulanda bütün bunları könüllü olaraq təhvil verib ki, qolçomaq siyahısına salınıb həbs olunmasın.

Atam Rəhim uşaqlıqdan anası Badamı itirir, ögey ananın yanında qala bilmir, əmisi Ağasadıq gildə qalmağa məcbur olur. Vaxtının çoxunu əmisinin dəmirçi sexində keçirir və bu qədim sənətin sirlərini öyrənir. Artıq 10 yaşı olanda sərbəst surətdə dəmirçiliklə məşğul olur. Bir müddətdən sonra qonşu rayonlarda onu bir dəmirçi kimi qəbul edib, ona iş verirdilər.
Atam 1940-cı ildə hərbi xidmətə çağrılır, Yaponiya müharibəsində iştirak edir, digər Sovet əsgərləri kimi o da şərəfli döyüş yolu keçir. Hərbi xidmətən qayıdandan sonra çəkməçi, dülgər və dəmirçi kimi çalışır. Amma üstünlüyü dəmirçiliyə verir və axıra kimi bu sənətin yaşamasına, nəsildən-nəslə ötürülməsinə çalışır. 2001-ci ildə vəfat edir, onun işini üç oğlu, davam etdirir. Hər üçü ali təhsilli olub ixtisasları üzrə işləməklə bərabər dəmirçiliklə də məşğul olurlar. Qardaşım Kamran dəmirçiliklə bərabər, ixisasca mühəndis kimi Bakıda Azərbaycan Dövlət Filarmoniyasının təmiri, Alov qüllələrinin təməlinin tökülməsi və Ələt dəniz limanının tikinti işlərinə başçılıq etmişdir.
Digər qardaşım Kamil isə Azərbaycan İstesalat Birlinində trest rəsi kimi fəaliyyət göstərmişdir. Amansız ölüm 26 iyun 2020-ci ildə onun ömrünü yarımçıq qırmışdır...

Çox təssüflər olsun ki, mənim işimi davam etdirəcəyini gözlədiyim yeganə oğlum Ramili fələk əlimdən çox tez aldı....Bəlkə də, o yaşasaydı bu sənət ocağı muzeyə çevrilməzdi...”
Rafiq müəllim dəmirçilik işini davam etdirməklə bərabər kənddə qalan sonuncu dəmirçi sexinin gələcək nəslə qalması üçün xeyirxah bir iş görmüş oldu. O, atasından qalan dəmirçi sexini müzeyə çevirmişdi.
Muzeydə dəmirçilik sənətinə məxsus olan bütün əşyalar, alətlər, tarixin sınaqlarından keçib bu günə gəlib çıxmış və işlək vəziyyətdə olan körük nümayiş etdirilir. Ekspozisiyada həmçinin özünün topladığı arxeoloji nümunələr- balta, düsər, müxtəlif dövrlərə aid çoxlu qədim mis, gümüş sikkələr, kağız pul əskinazları, saxsı qablar, kiçik heykəllər, mis sinilər, oraq, çin, xış, boyunduruqıar, vəl, cəhrə, yun darağı, dəmirçi zindanı, ox, nizə ucluqlar və s. nümaiş etdirilir, Bir otaqlı bu mzey tezliklə kəndə gələn qonaqların və turistlərin diqqətini cəlb edəcək. Əlbəttə Rafiq müəllim öz vəsaiti hesabına, yəni gücü çatacaq dərəcədə bu muzeyi yaratmışdır. Yaxşı olar ki, Respublika Mədəniyyət Nazirliyi, rayonun əlaqədar təşkilatları bu muzeyə diqqət göstərib onun dövlət qeydiyyatına alınmasına və daha mükəmməl formada yenidən qurulmasına diqqət və qayğı göztərəydilər.Belə bir ocağın qorunub saxlanması Azərbaycan mədəniyətinə olan çox sahəli qayğının bir nümunəsi olardı.
Inaniriq ki, ucqar bir kənddə tarixi, ənənəvi bir sənətin qorunub saxlanılmasını, təbliğini və gənclərin vətənpərvərlik tərbiyəsini qarşısına məqsəd qoymuş bu muzey diqqətdən kənarda qalmayacaq.

Əjdər Yunusov,
Tarix elmləri namizədi, dosent
Arif Əlizadə,
Tarix üzrə fəlsəfə doktoru, dosent



Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!