Əmək qəhrəmanı Tərlan Musayevaya həsr olunan kitabın təqdimatı keçirilib. .....                        ABŞ məktəbində atışma: yaralılar var .....                        ABŞ məktəbində atışma: yaralılar var .....                        Nazirlər arasında ilk telefon danışığı .....                        Bakıda polisin tapdığı 10 min manatın sahibi məlum oldu .....                        "Yaxında edam hökmü icra olunacaq” .....                        Azərbaycanla İran arasında əməkdaşlıq sənədi imzalandı .....                        Nazirdən məktəb direktorlarına tapşırıq .....                        Ərdoğan göz yaşlarını saxlaya bilmədi - FOTO .....                       
Tarix : 14-02-2019, 15:47
“Peşə birlikləri haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb
Yeni hazırlanmış “Peşə birlikləri haqqında” qanun layihəsi peşə birliklərinin statusunu, yaradılması və fəaliyyəti qaydasını müəyyən edir.
Butov.az-ın Modern.az-a istinadən məlumatına görə, bunu Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında qanun layihəsinin müzakirəsi zamanı deputat Azay Quliyev deyib.
A.Quliyev qeyd edib ki, sənəddə göstərilib ki, peşə birliklərində sahibkarlıq və ya peşə fəaliyyəti subyektlərinin üzvlüyü könüllüdür.
“Müxtəlif növ sahibkarlıq fəaliyyəti və ya peşə fəaliyyətini həyata keçirən subyekt bir neçə peşə birliyinin üzvü ola bilər. Peşə birliyinin yaradılmasının ümumi prinsipləri Mülki Məcəllə ilə müəyyən edilir. Birlik dövlət qeydiyyatına alındığı andan hüquqi şəxs statusunu əldə edir. Peşə birliyi tərəfindən onun dövlət reyestrindən çıxarılması haqqında ərizənin verilməsi, habelə qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında birlik ləğv oluna bilər. Peşə birliyinin idarəetmə orqanları onun üzvlərinin ümumi yığıncağı və idarə heyəti hesab olunur. Birlik öz fəaliyyəti ilə bağlı məlumatların kütləvi informasiya vasitələrində dərc olunmasını təmin edir. Layihədə peşə birliklərinin funksiyaları, hüquq və vəzifələri, onların üzvlərinin və vəzifəli şəxslərinin məsuliyyəti, intizam tənbeh tədbirlərinin tətbiqi, əmlakın formalaşma mənbələri ilə bağlı məsələlər yer alıb”.
O bildirib ki, qanun layihəsi müvafiq sahələr üzrə peşələrin inkişafını, peşə sahiblərinin qanuni maraqlarının qorunmasını təmin edir, peşə birliyi, onun üzvləri və üzvlərin mallarının (işlərinin, xidmətlərinin) istehlakçıları arasında yaranan münasibətləri tənzimləyir.
“Qanun layihəsi 4 fəsil, 17 maddədən ibarətdir. Peşə birlikləri ilə bağlı fəaliyyət var. Sadəcə, mövcud ictimai münasibətlər qanunvericilik çərçivəsində tənzimlənmir. Bunu qanun formasına salıb təqdim etməyə ehtiyac var idi və biz bunu etdik. Bu qanun layihəsi həm dövlətin, həm də peşə birliklərinin maraqlarına uyğundur”.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!