Corab satan Allahverdi Yolçuyevə iş verildi .....                        İŞİD lideri və iki oğlu öldürüldü .....                        Nazir əməliyyat müşavirəsi keçirdi - Tapşırıqlar verdi .....                        Meşə yanğının Bülent Ersoyun villasına çatdı .....                        Makronun sözünün çəkisi yoxdur .....                        Ceyhun Bayramov Fidanla sülhdən danışdı .....                        HƏMAS razılaşma istəmir - Tramp .....                        Şuşa Media Forumu qlobal mətbuatda .....                        Şamaxıda "Mercedes" ana və qızını vurdu .....                       
Tarix : 28-06-2016, 12:40
Peşə təhsili ilə bağlı təkliflər hökumətə təqdim edilib


Azərbaycanda ilk peşə təhsili şəbəkəsinin optimallaşdırılması ilə bağlı müvafiq təkliflər artıq hökumətə təqdim edilib.

Butov.az-ın Trend-ə istinadən məlumatına görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə bildirib.

Ölkədə 108 peşə təhsili müəssisəsi və peşə liseyinin olduğunu deyən C.Bayramov əlavə edib ki, yaxın aylar ərzində peşə təhsili şəbəkəsinin optimallaşdırılması istiqamətində müvafiq qərarların qəbulu gözlənilir.

İlk peşə təhsilinin prioritet istiqamətlərdən biri olduğunu deyən nazir müavini qeyd edib ki, Təhsil Nazirliyi daxilində 2016-cı il şərti olaraq “Peşə təhsili ili” kimi müəyyən edilib: “Bu istiqamətdə bir sıra addımlar atılıb. Bu yaxınlarda ölkə başçısının sərəncamına uyğun olaraq, Təhsil Nazirliyi daxilində Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradıldı. Hazırda həmin agentliyin yeni strukturu formalaşdırılır. Bu istiqamətdə aparılan işlərin yeni mərhələyə çatdırılması üçün də bir sıra tədbirlər görülür”.

C.Bayramov qeyd edib ki, əmək bazarının tələblərinə uyğun olaraq, peşə təhsili müəssisələri ilə peşələr analiz edilməlidir: “Təbii ki, burada bizim əməkdaşlığımız Təhsil Nazirliyi daxilində olan bir məsələ deyil. Biz müvafiq dövlət qurumları ilə də sıx əlaqədə işləyirik”.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!