Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 8-07-2021, 12:25
Əczaçılıqda kompüter proqramlaşdırılması vasitəsilə yeni dərman vasitələrinin hazırlanması istiqamətində geniş işlər aparılır

Son illər dünyada tibbə və əczaçılığa xüsusi diqqət göstərilir. Bütün sahələrdə olduğu kimi, əczaçılıqda da bəlli istiqamətlər var. Müasir əczaçılığın Azərbaycanda inkişafı dünyada gedən proseslərlə birbaşa əlaqədardır. Əgər əvvəl həkim həm dərmanı hazırlayır, həm təyin edir, həm də xəstəyə verirdisə, indi ancaq dərmanın təyinatı ilə məşğuldur. Dərmanın hazırlanması, tapılması, təbii və sintetik, yarımsintetik törəmələrin alınması və analizi ilə sırf əczaçılar məşğul olur. Müasir əczaçılıqda İbn Sinadan üzü bəri bütün təcrübələrdən, xalq təbabətindən istifadə olunur. Lakin bu təcrübələrin müasir səviyyədə öyrənilməsi həyata keçirilir.
Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin ümumi və toksikoloji kimya kafedrasının müdiri, professor Eldar Qarayev deyib.
O bildirib ki, dərman vasitələrinin 40 faizini bitki mənşəli təbii birləşmələr təşkil edir: “Bitki mənşəli maddələr həm toksikoloji, həm də müalicəvi xüsusiyyətə malik ola bilər. Lakin əhali arasında belə bir fikir formalaşıb ki, təbii birləşmələrin yan, toksik təsiri yoxdur. Əslində isə belə deyil. Hətta araşdıranda məlum olur ki, qədim zamanlardan tanınan ən güclü zəhərlərin çoxu təbii mənşəlidir. Sintetik mənşəli zəhərlərə isə XIX əsrin sonları, XX əsrin əvvəllərindən rast gəlinir. Bu da toksikoloji kimyanın inkişafına təkan verdi. Məsələn, alkaloidlər bitki mənşəlidir, yüksək bioloji fəallığa malikdir və sayları 20 mini ötüb. Lakin tibb təcrübəsində cəmi 80-100 alkaloid tərkibli dərman vasitəsi var. Digərləri yüksək bioloji fəallığa malik olsalar da, istifadə etmək üçün toksik testlərdən keçmirlər. Buna baxmayaraq, onların kimyəvi quruluşunda bir qədər dəyişiklik etməklə toksik hissəsini qapatmaq, müalicəvi effektini isə artırmaq olur. Tibbin inkişafının nəticəsidir ki, bugünkü pandemiya 50 milyon insanın ölümü ilə nəticələnən “ispanka”dan qat-qat aşağı nəticəlidir. Bu baxımdan sonrakı pandemiyaların da daha az patoloji təsirə malik olacağı gözlənilir. Hazırda əczaçılıqda “in siliko” adlandırılan kompüter proqramlaşdırılması vasitəsilə yeni dərman vasitələrinin hazırlanması, məlum dərmanların yeni müalicəvi cəhətlərinin müəyyən edilməsi istiqamətində geniş işlər gedir”.
Mütəxəssisin sözlərinə görə, sosial şəbəkələrin, internet resurslarının genişlənməsi yeni “türkəçarə mütəxəssisləri”nin ortaya çıxmasına səbəb olur: “Təəssüf ki, insanlar da onlara inanır, təyin etdikləri “resept”lərdən yararlanırlar. Bəzən bitkilərin tərkibində elə maddələrə rast gəlinir ki, türkəçarədə istifadəsi təhlükəlidir. Kiçik bir səhv acı nəticələrə gətirib çıxarar. İnsanların o maddələr haqqında bilgiləri zəifdir, düşünürlər ki, bitki tərkibli olduğu üçün əlavə heç bir ziyanı yoxdur. Onu düzgün dəmləmirlər, doğru dozalandırmırlar. İlk istifadədə nəzərəçarpacaq zəhərlənmə baş verməsə də, fəsadları sonralar özünü göstərir. Dərmanlar arasında fiziki, fizioloji uyuşmazlıqlar var ki, arzuolunmaz hallara gətirib çıxarır. Kifayət qədər maarifləndirmə işi aparılmadığından vətəndaşlar bunun fərqinə varmırlar. Laqeydlik öz mənfi rolunu oynayır”.
Professor son dövrlər gənclərin daha çox istifadə etdiyi enerji içkilərindən də bəhs edərək deyib: “Enerji içkisi süni surətdə insanın enerjisini toplamağı təmin edir, o dopinqin bir növüdür və çox zərərlidir. Niyə biz təbii içkiləri qoyub, enerji içkilərinə üstünlük verməliyik? Təbii meyvə şirələri qəbul etmək daha faydalıdır. Respublikamızın təbiəti gözəldir, torpağı münbitdir. Ərik, şaftalı şirələri əzələləri möhkəmləndirir. Dünyada məşhur olan narımızın təbii şirəsindən, göz yaşı kimi dumduru bulaq sularımızdan içməyi məsləhət görərdim. Enerji içkisinə isə sintetik kofein və başqa maddələr əlavə olunur. Həmin içki insan orqanizmini birdən-birə oyandırır, yuxunu qaçırır, müvəqqəti müsbət əhval-ruhiyyə yaradır. Britaniyada məktəbə yaxın yerlərdə belə içkilərin satışı qadağandır. Onların Azərbaycanda geniş reklam olunması, satılması, xüsusilə də gənclər tərəfindən qəbul edilməsi gələcəkdə böyük fəsadlara gətirib çıxara bilər. Əlbəttə, istehsalçı şirkət marağındadır ki, məhsulunu daha çox satsın, istehsalını böyütsün. Ümumiyyətlə isə yoxlanılmamış içkilərin satışının əleyhinəyəm”.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!