"ŞƏR ÜÇBUCAĞI"- İRAN, RUSİYA VƏ ERMƏNİSTANIN ANTİ-AZƏRBAYCAN SİYASƏTİ .....                        Sovetlər niyə dinləri aradan qaldıra bilmədilər? .....                        Ermənistan iki nəfəri Türkiyəyə təhvil verdi .....                        Xalq artisti insult keçirdi - Xəstəxanada müalicə alır .....                        İsrailli girovların azad ediləcəyini alqışlayıram - Tramp .....                        Astarada qəza - Əkiz bacılar yaralandı .....                        Magistratura üzrə sınaq imtahanı keçirilib .....                        İsraildə üç nazir Qəzzada atəşkəsə görə istefa verdi .....                        Azərbaycan Premyer Liqasının dünya reytinqində yeri .....                       
5-01-2025, 22:51
"Beşiktaş"ın yeni prezidenti


"Beşiktaş"ın yeni prezidenti

Türkiyənin "Beşiktaş" klubunun yeni prezidenti məlum olub.
İstanbul klubuna yeni prezident Sərdal Adalı seçilib. O, səsvermədə digər namizəd Hüseyn Yücəli geridə qoyub.
Qeyd edək ki, "Beşiktaş" klubuna son olaraq Hasan Arat rəhbərlik edib.
5-01-2025, 15:46
Azərbaycanlı hakim beynəlxalq oyuna təyinat aldı


Azərbaycanlı hakim beynəlxalq oyuna təyinat aldı

Beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov 2025-ci ildə ilk təyinatını alıb.
O, qadınlar arasında Çempionlar Liqasının qrup mərhələsinin son turunda reallaşacaq Türkiyənin “Əczaçıbaşı” və Fransanın “Levallua” klublarının görüşündə ədaləti qoruyacaq.
Qarşılaşma yanvarın 22-də İstanbulda gerçəkləşəcək. Matçın digər hakimi Tomislav Popoviç (Serbiya) olacaq.
4-01-2025, 18:18
Azərbaycanın veteran gimnastı vəfat etdi


Azərbaycanın veteran gimnastı vəfat etdi

Azərbaycanın veteran gimnastı Faiq Rəcəbov vəfat edib.
O, 91 yaşında dünyasını dəyişib. F.Rəcəbov yeniyetmələr arasında Bakı və Azərbaycan birinciliklərinin, o cümlədən tələbələr arasında keçirilən spartakiadaların çempionu olub. Gimnastika üzrə SSRİ idman ustası olan F.Rəcəbov Azərbaycanın yığma komandasının üzvü kimi SSRİ çempionatlarının, SSRİ xalqlarının spartakiadasının iştirakçısı olub. O, 1980-1990-cı illərdə Azərbaycan Gimnastikası Federasiyasının prezidenti, 1994-1997-ci illərdə Azərbaycanın Milli Olimpiya Komitəsinin baş katibi və Avropa Komitəsinin Texniki Komissiyasının üzvü kimi çalışıb.
F.Rəcəbov 2022-ci ildə bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Bədən Tərbiyəsi və İdman xadimi fəxri adı ilə təltif edilib.
Qeyd edək ki, F.Rəcəbov Azərbaycanın və dünyanın tanınmış şahmatçısı, üçqat Avropa çempionu, Dünya Kubokunun qalibi Teymur Rəcəbovun babasıdır.
2-01-2025, 17:40
"Real" "Arsenal"ın müdafiəçisi üçün 100 milyon avro təklif etdi


"Real" "Arsenal"ın müdafiəçisi üçün 100 milyon avro təklif etdi

"Real Madrid" "Arsenal"ın müdafiəçisi Vilyam Saliba üçün 100 milyon avro ödəməyə hazırdır.
Keçid baş tutsa, Saliba ən bahalı müdafiəçi olacaq.
Futbolçu keçidə razılıq verib və artıq klublar arasında danışıqlar aparılır.
Qeyd edək ki, Salibanın müqaviləsi 2027-ci ilin yayında bitəcək.
2-01-2025, 16:30
Dünyanın ən yaşlı olimpiya çempionu vəfat etdi


Dünyanın ən yaşlı olimpiya çempionu vəfat etdi

Dünyanın ən yaşlı olimpiya çempionu, macarıstanlı Aqneş Keleti 103 yaşında vəfat edib.
Bu barədə Macarıstan hökuməti məlumat yayıb.
O, 104 yaşına bir həftə qalmış həyatını itirib. Baş nazir Viktor Orban sosial şəbəkələrdə onun xatirəsini yad edib. O, Keletinin olimpiadalarda idman gimnastikası üzrə beş qızıl medala sahib və ölkənin ən görkəmli idmançılarından biri olduğunu qeyd edib.
Yəhudi millətindən olan idmançının atası İkinci Dünya Müharibəsi dövründə faşist Almaniyası tərəfindən törədilən Holokostun qurbanı olub. Atası Polşanın Osvensim şəhərində həbs düşərgəsində həlak olub. Anası və bacısı xilas edilib, özü isə müharibə zamanı saxta sənədlərlə kəndlərin birində gizlənib.
1956-cı ildə Avstraliyanın Melburn şəhərində keçirilən Yay Olimpiya Oyunlarından sonra A.Keleti bir neçə idmançı ilə birlikdə Avstraliyada siyasi sığınacaq istəyib. Daha sonra İsrailə köçüb və orada uzun illər idman gimnastikası üzrə məşqçi işləyib. O, yalnız 2015-ci ildə vətəni Macarıstana qayıdıb.
Qeyd edək ki, A.Keleti 1952 və 1956-cı illərdə keçirilən Olimpiya Oyunlarında çempion titulunu əldə edib. Bundan əlavə, onun aktivində üç gümüş və iki bürünc medal var. İdmançı həmçinin 1954-cü ildə dünya çempionu adına da yiyələnib.
30-12-2024, 20:10
“Milan”ın yeni baş məşqçisi bəlli oldu


“Milan”ın yeni baş məşqçisi bəlli oldu

"Milan" yeni baş məşqçisini rəsmən açıqlayıb.
Butov.az xəbər verir ki, klub Serxio Konseysao ilə müqavilə imzalayıb.
Portuqaliyalı mütəxəssislə 2026-cı ilin iyun ayına kimi müqavilə imzalanıb.
Konseysaonun son iş yeri “Porto” klubu olub.
Qeyd dək ki, “Milan” A seriyasının turnir cədvəlində 17 oyundan sonra 27 xalla 8-ci yerdədir.
29-12-2024, 22:34
"Mançester Siti"nin növbəti qələbəsi


"Mançester Siti"nin növbəti qələbəsi

İngiltərə Premyer Liqasında XIX tura start verilib.
Son matçlarda uğursuzluqla üzləşən "Mançester Siti" səfərdə "Lester"i 2:0 hesabı ilə məğlub edib. Qolları Savinyo və Erkin Haland vurublar.
Bu nəticədən sonra xallarını 31-ə çatdıran "Mançester Siti" 5-ci pilləyə yüksəlib. "Lester" isə 14 xalla 18-yerdədir.
25-12-2024, 21:31
Türkiyədə klub prezidenti istefa verdi


Türkiyədə klub prezidenti istefa verdi

Türkiyə Superliqa təmsilçisi "Hatayspor"un prezidenti Levent Mıstıkoğlu istefa verib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, komandanın maraqlarını ön planda tutduğu üçün vəzifəsindən ayrıldığını bildirib.
Qeyd edək ki, "Hatayspor" Superliqada 9 xalla 18-ci sırada qərarlaşıb.
21-12-2024, 18:11
"Neftçi" heç-heçə etdi


"Neftçi" heç-heçə etdi

Misli Premyer Liqasının XVIII turunda "Neftçi" səfərdə "Turan Tovuz"la heç-heçə edib.
Tovuz şəhər stadionunda keçirilən görüşdə cəmi iki qol vurulub - 1:1.
Hazırda Tovuz klubu turnir cədvəlində 32 xalla üçüncü pillədə qərarlaşıb. Paytaxt təmsilçisi isə 17 xalla yeddincidir.
Qeyd edək ki, turun dünən keçirilən “Kəpəz” - “Sumqayıt” görüşündə qol vurulmayıb. XVIII tura sabah baş tutacaq “Şamaxı” - “Sabah” və “Qarabağ” - “Araz-Naxçıvan” oyunları ilə yekun vurulacaq.
21-12-2024, 18:11
"Neftçi" heç-heçə etdi


"Neftçi" heç-heçə etdi

Misli Premyer Liqasının XVIII turunda "Neftçi" səfərdə "Turan Tovuz"la heç-heçə edib.
Tovuz şəhər stadionunda keçirilən görüşdə cəmi iki qol vurulub - 1:1.
Hazırda Tovuz klubu turnir cədvəlində 32 xalla üçüncü pillədə qərarlaşıb. Paytaxt təmsilçisi isə 17 xalla yeddincidir.
Qeyd edək ki, turun dünən keçirilən “Kəpəz” - “Sumqayıt” görüşündə qol vurulmayıb. XVIII tura sabah baş tutacaq “Şamaxı” - “Sabah” və “Qarabağ” - “Araz-Naxçıvan” oyunları ilə yekun vurulacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!