Bakının məşhur kəsişməsində yenilik .....                        Hakan Fidan qonşu ölkəyə gedir .....                        İsrail 200 fələstinlini azad etdi .....                        Zelenski Azərbaycan barədə: "İlham Əliyevlə danışdıq..." .....                        Ərdoğandan seçki mesajı: "2028-ci ildə 50 faizdən çox..." .....                        "TikTok" fəaliyyətini tamamilə dayandıra bilər .....                        Çökən binada axtarışlar başa çatdı: iki nəfərin cəsədi tapıldı .....                        Azərbaycanın düşmənləri pusquda dayanıb... .....                        Bu şəxslər sabah imtahan verəcək .....                       
28-11-2024, 16:46
Millimiz FIFA reytinqində irəlilədi


Millimiz FIFA reytinqində irəlilədi

Azərbaycan millisi FIFA reytinqində bir pillə irəliləyib.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv 1158,7 xalla 117-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, siyahıya dünya çempionu Argentina (1883,5) başçılıq edir. Fransa (1859,85) ikinci, İspaniya (1844,33) üçüncüdür.
27-11-2024, 18:35
"Turan Tovuz" rəsmisinin beyninə qan sızdı - Əməliyyat olunur


"Turan Tovuz" rəsmisinin beyninə qan sızdı - Əməliyyat olunur

"Turan Tovuz"un baş meneceri İman Həsənovun səhhəti qəflətən pisləşib.
Hadisə dünən olub. İllərdir ki, Tovuz futboluna xidmət edən İ.Həsənovun beyninə qan sızıb.
Hazırda xəstəxanada olan İman Həsənov əməliyyat olunub.


26-11-2024, 19:40
"Neftçi" onunla yollarını ayırdı


"Neftçi" onunla yollarını ayırdı

“Neftçi” Andre Şinyaşiki ilə yolları ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı braziliyalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, 2023-cü ilin avqustunda transfer olunmuş A.Şinyaşiki “Neftçi”nin heyətində 38 rəsmi oyun keçirib, 5 qol vurub.
25-11-2024, 17:38
“İdman TV” Avroliqanı yayımlayacaq


“İdman TV” Avroliqanı yayımlayacaq

“İdman TV” basketbol üzrə Avroliqa turnirinin yayım hüququna yiyələnib.
Bu həftədən etibarən basketbol azarkeşləri Avropanın ən nüfuzlu turnirini izləyə biləcəklər.
Kanaldan verilən məlumata görə, hər tur istənilən sayda oyunun yayımlanması hüququ var. Proqrama uyğun olaraq, telekanal maksimum sayda oyunları canlı yayımlamağa çalışacaq.
Xatırladaq ki, bu vaxta qədər bu mötəbər turnir Azərbaycan televiziya məkanında olmayıb.
24-11-2024, 22:53
"Beşiktaş" doğma meydanında məğlub oldu


"Beşiktaş" doğma meydanında məğlub oldu

Türkiyə Superliqasında XIII turun növbəti oyunu keçirilib.
“Beşiktaş” doğma meydanda “Göztəpə” ilə qarşılaşıb. Görüş qonaq komandanın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarını 21-ə çatdıran “Göztəpə” 5-ci pilləyə yüksəlib. Eyni xala malik “Beşiktaş” isə 6-cı yerdədir.
24-11-2024, 21:48
Şair Vidadi Loğmanoğlunun doğum günü qeyd olunub


Şair Vidadi Loğmanoğlunun doğum günü qeyd olunub

“Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin nəzdində Yaradılmış Şahmat Klubunda iki kitab müəllifi şair Vidadi Loğmanoğlunun doğum günü qeyd olunub. Hərbi Jurnalistlər Birliyi İdarə Heyətinin üzvü, ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı, yazıçı-publisist Elman Rüstəmov şairin şərəfinə süfrə açıb, klub üzvlərini, şahmat həvəskarlarını şairin başına yığaraq onu təbrik edib. Yeni yaradıcılıq uğurları arzulayıb.
Qeyd olunub ki, Vidadi müəllim 23 dekabr 1952-ci ildə Şahbuz rayonunun Kükü kəndində anadan olub. 1979-cu ildə Naxçıvan DPİ-nun dil-ədəbiyyat ixtisasını bitirib."Hələ bu dünyaya sözüm var mənim" və “Məni oxumağa vaxt tapılarmı?” kitablarının müəllifidir.

Şahbaz həkim, Teyyub müəllim, klubumuzun ən gənc oyunçusu Rəsul Dünyamalıyev Vidadi Loğmanoğlunu təbrik edərək ona ən xoş arzularını bildiriblər.
Qısa müddətdə hamının sevimlisinə çevrilən Vidadi Loğmanoğlu ona göstərilən diqqət və ehtiramdan mütəəsir olduğunu və hər kəsə minnətdarlığını bildirib.
“Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyi İdarə Heyətinin sədri Tamxil Ziyəddinoğlu Elman Rüstəmova bu nəcib təşəbbüsünə görə təşəkkür edib. Sonda xatirə şəkli çəkdirilib.


Hərbi Jurnalistlər birliyinin mətbuat xidməti

24-11-2024, 18:09
Yenidən dünya çempionu oldu


Yenidən dünya çempionu oldu

“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen ardıcıl 4-cü dəfə "Formula 1" üzrə dünya çempionu olub.
Maks Ferstappen buna Las Veqas Qran-prisini beşinci sırada - ən yaxın rəqibi Lando Norrisdən öndə başa vurmaqla nail olub.
Las Veqas Qran-prisini "Mercedes" sürücüsü Corc Rassel birinci, komanda yoldaşı Lyuis Hemilton ikinci, "Ferrari" pilotu Karlos Sayns üçüncü yerdə tamamlayıb.
23-11-2024, 20:13
"Fənərbağça"dan inamlı qələbə


"Fənərbağça"dan inamlı qələbə

Türkiyə Superliqasında XII turun növbəti oyunu keçirilib.
Çempionluq mübarizəsi aparan "Fənərbağça" səfərdə "Kayserispor"la qarşılaşıb. Görüş İstanbul nəhənginin 6:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qələbə sayəsində xallarını 29-a çatdıran "Fənərbağça" 2-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə isə 31 xalla "Qalatasaray" başçılıq edir.
20-11-2024, 01:38
Azərbaycan millisi darmadağın edildi


Azərbaycan millisi darmadağın edildi

UEFA Millətlər Liqasının C Divizionunun I qrupunda Solna şəhərində üz-üzə gələn İsveç və Azərbaycan yığmaları arasında oyun başa çatıb.
“Strouberri Arena”da keçirilən görüş rəqibin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İsveç millisinin heyətində qolları Viktor Dyökerş (4 qol) və Deyan Kulusevski (2 qol) vurublar.
Bununla da C Divizionunun I qrupunu 1 xalla sonuncu pillədə başa vuran Azərbaycan millisi D Liqasına düşüb.
19-11-2024, 17:21
Alpaqut üzrə Dünya Çempionatı bu şəhərdə keçiriləcək - AÇIQLAMA


Alpaqut üzrə Dünya Çempionatı bu şəhərdə keçiriləcək - AÇIQLAMA

“Dekabr ayının 5-dən 8-ə qədər Gürcüstanın Kutais şəhərində Alpaqut döyüş sənəti üzrə 5-ci dünya kuboku keçiriləcək. Bununla əlaqədar olaraq texniki hazırklıqların hamısı başa çatıb”.
Bu barədə Alpaqut idman növünün qurucusu, Kutsan Vasif Namazov bildirib.
Onun sözlərinə görə, artıq bütün tələb olunan ölkələrdən sifarişlər alınıb, vizalar açılıb:
“20-dən çox ölkənin, 500-dən çox idmançının iştirak edəcəyi mötəbər bir yarış olacaq. Düşünürəm ki, biz bu yarışı ən yaxşı şəkildə həyata keçirəcəyik”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!