Dünən, 21:58
“Xankəndi” FK Region Liqasının qalibi olduMayın 22-də Qəbələ şəhər stadionunda Region Liqasının final oyunu keçirilib. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, oyunda “Xankəndi” “Şirvan” klubu ilə qarşılaşıb. Həlledici qarşılaşmada "Xankəndi" futbol klubu rəqibini 3:0 məğlub edib.
Xatırladaq ki, "Xankəndi" klubu tarixində ilk dəfədir ki kuboka sahib olur.
Dünən, 20:50
"Xankəndi" tarixində ilk dəfə kubok qazandıMayın 22-də Qəbələ şəhər stadionunda Region Liqasının final oyunu keçirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, oyunda “Xankəndi” “Şirvan” klubu ilə qarşılaşıb. Həlledici qarşılaşmada "Xankəndi" futbol klubu rəqibini 3:0 məğlub edib.
Xatırladaq ki, "Xankəndi" klubu tarixində ilk dəfə kuboka sahib olur.
18-05-2025, 19:19
"Neftçi"dən növbəti qələbəMisli Premyer Liqasının XXXV turunda "Neftçi" "Səbail"ə qalib gəlib.
"Neftçi Arena"da baş tutan görüş meydan sahibləri 3:0 hesablı qələbəyə seviniblər.
"Ağ-qaralar"ın heyətində Dembo Darboe (1), Ağadadaş Salyanski (25) və Aleks Fernandes (80) fərqləniblər.
Samir Abasovun rəhbərlik etdiyi kollektiv 43 xalla altıncı sırada qərarlaşıb. 22 xala malik "dənizçilər" sonuncu - onuncudur.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Turan Tovuz" səfərdə "Sumqayıt"ı, "Araz-Naxçıvan" "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib. "Zirə" – "Sabah" qarşılaşmasında isə qalib müəyyənləşməyib - 1:1.
18-05-2025, 17:06
Prezidentin nəvəsi dünya çempionu olduİtaliyanın Peruca şəhərində keçirilən kunq-fu üzrə dünya çempionatında Azərbaycan idmançısı Əminə Əliyeva çempion olub.
Bu barədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sosial şəbəkə hesabında paylaşım edib.
Azərbaycan Prezidenti İlham Əliyevin 11 yaşlı nəvəsi light sanda döyüşü üzrə mübarizədə rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, dünya çempionatında Azərbaycan nümayəndə heyətinin tərkibində dövlət başçısının qızı Arzu Əliyeva da təmsil olunub.
17-05-2025, 23:54
21-ci dəfə ölkə çempionu oldularFutbol üzrə Portuqaliya çempionatında 2024-2025-ci illər mövsümünün qalibi bəlli olub.
Son turda "Gimarayeş"i 2:0 hesabı ilə məğlub edən "Sportinq" (Lissabon) ölkə çempionatında 21-ci dəfə qızıl medallara sahib çıxıb
Sezonu 82 xalla bitirən paytaxt klubu ən yaxın izləyicisi "Benfika"nı 2 xal qabaqlayıb.
17-05-2025, 18:21
Ronaldu özünə klub alır?Portuqaliya millisinin və "Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldu yeni klub almağa hazrlaşır.
40 yaşlı hücumçu İspaniya Sequndasında mübarizə aparan “Almeriya”nın ortaq sahibi olacaq.
Futbolçu "SMC Group"un səhmlərini almaq və bununla da İspaniya klubunun sahiblərindən birinə çevrilməyə yaxındır.
Qeyd edək ki, "Almeriya" hazırda 39 turdan sonra 62 xalla 2-ci divizionun turnir cədvəlində 6-cıdır.
16-05-2025, 16:33
UFC ulduzları Bakıya gəlirUFC-nin Şöhrət zalının üzvü və keçmiş orta çəki çempionu Maykl Bisping UFC-nin Azərbaycanda keçiriləcək ilk tarixi turniri çərçivəsində Bakıya gələcək.
Bu barədə Bakı Şəhər Halqası Əməliyyat şirkətindən məlumat verilib.
Bildirilib ki, Maykl Bisping, Brendon Fitzcerald və Pol Felder 21 iyun tarixində Baku Crystal Hall-da baş tutacaq bu möhtəşəm UFC turnirinin rəsmi şərhçiləri olacaqlar.
Eyni zamanda, UFC dünyasının canlı əfsanəsi Brus Baffer turnirin oktaqon aparıcısı olacaq.
Gecənin əsas qarşılaşması keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında baş tutacaq. Gecənin co-main eventi isə Azərbaycan təmsilçisi Rafael Fiziev ilə İqnasio Baxamondes arasında yüngül çəkidə keçiriləcək döyüş olacaq.
"Bu yay keçiriləcək ən möhtəşəm idman hadisələrindən birini qaçırmayın! Biletləri iticket.az saytından əldə edə bilərsiniz", - məlumatda qeyd edilib.
15-05-2025, 00:54
"Qalatasaray" 19-cu dəfə Türkiyə çempionu oldu"Qalatasaray" Türkiyə Kubokunun qalibi olub.
Qaziantep Böyükşəhər stadionunda keçirilən final oyununda "Trabzonspor"la qarşılaşan İstanbul təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.
"Sarı-qırmızılar"ın qollarını Barış Alper Yılmaz (5) və Viktor Osimhen (46, 63) vurublar.
Qeyd edək ki, "Qalatasaray" tarixi ərzində rekord sayda - 19-cu dəfə Türkiyə Kubokuna sahib çıxıb.
14-05-2025, 18:58
İslandiya-Azərbaycan oyunu harada keçiriləcək?DÇ-2026-nın seçmə mərhələsinin İslandiya - Azərbaycan matçının keçirilmə yeri və vaxtı dəqiqləşib.
D qrupunun ilk turu çərçivəsində baş tutacaq görüş Reykyavikdə keçiriləcək.
Oyun sentyabrın 5-də "Lauqardalsvollur" stadionunda Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Qeyd edək ki, millimiz İslandiya ilə yanaşı Fransa və Ukrayna ilə yarışacaq.
11-05-2025, 17:00
Azarkeşlər klubun bazasına hücum etdilərİspaniyanın "Sevilya" komandasının azarkeşləri klubun bazasına hücum ediblər.
Hadisə "Selta"ya uduzduqları (2:3) La Liqanın XXXV turun oyunundan sonra baş verib.
Fanatlar bazada futbolçuları tapmağa çalışıblar və qapını sındırıblar. Klub münaqişənin böyüməsi təhlükəsi ilə əlaqədar polisə müraciət edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları kütləni dayandırmaq üçün rezin güllələrdən istifadə etməyə məcbuq qalıb.
Təhlükəsizliyə görə oyunçular gecəni bazada keçiriblər.
Qeyd edək ki, "Sevilya" La Liqada 38 xalla 15-ci pillədə qərarlaşıb.