20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 12-02-2019, 07:32
XIDIR  NƏBİ...

Xıdır Nəbi bölərək az ömürlü cilləni ,
Çırpır onun üzünə tərsinə bir silləni.


Azərbaycanın əksər bölgələrində Novruzdan əvvəl , qarlı-çovgunlu günləri ilə seçilən Kiçik Çillənin tən yarısında Xıdır Nəbi bayramı keçirilir. Bu mərasim hər il xalq arasında özü ilə torpağa istilik gətirən , darda qalanların köməyinə çatan , xəstələrə şəfa verən Xızır peygəmbərin şərəfinə təşkil edilir. Baharın gəlişi və təbiətin canlanmasının ilk günü kimi qəbul olunan Xıdır Nəbi bayramının nə vaxtdan bəri keçirildiyi bizə tam məlum olmasa da onun təsadüf etdiyi günlər müxtəlifliyi ilə diqqət çəkir. Məsələn , Xıdır Nəbi mərasimləri Naxçıvanın bəzi kəndlərində 3 dəfə - fevralın 5-i , yəni qışın yarısında ,fevralın 9-u kiçik çillənin ortasında və fevralın 15-də Xızır peygəmbərin doğum günündə qeyd edilir. Bu bayrama yanlış olaraq islam elementləri qatanlar da var. Xıdır Nəbi mərasimi bəzi bölgələrdə kiçik çillənin ikinci cümə axşamı keçirilərək dinlə də əlaqələndirilir. Əslində isə bu bayramın dinlə heç bir bağlılığı yoxdur. Çünki Xıdır Nəbi islamdan hətta zərdüştlükdən öncə formalaşmış əski türk inanclarını özündə cəmləşdirir.
Sözsüz ki, sərt , şaxtalı-ayazlı qış günlərindən sonra yazın gəlişinə ümid edən xalq bayram günlərində bir sıra adət-ənənələrə əməl edir.Bayram gecəsi evdə un və taxıl kisələrinin ağzı açıq qoyulur.Bundan başqa evlər səliqə-səhmana salınır,həyət-baca təmızlənir.Bayram süfrəsinə günəşin simvolu olan boyanmış yumurta və qoğal qoyulur.Ən əsas da Xıdır Nəbi bayramının atributu sayılan qovrulmuş buğda və qovut hazırlanır. İnanca görə “Xızır gecəsi” qovrulmuş buğdadan çəkilən qovut unundan ayrıca bir qaba çəkilərək xəlvət yerə qoyulur.Elə bir yerə ki, ora nə insan nəfəsi, nə də əl-ayaq dəyməsin .Deyilənə görə, səhər qovutun üzərinə əfsanəvi Xızır peygəmbərin barmaq izləri düşərsə , yeni ildə o evin ruzisinin artacağına inanılır.Həmin gecə axşamdan səhərə kimi əsən külək isə Xızır peyğəmbərin boz atının yeli sayılır və onun atını çapa-çapa evlərə bərəkət payladığı düşünülür.
Xıdır Nəbi mərasimi həm də istilik və odla əlaqələndirilir.Beləki, bayram günü süfrəyə gətirilən plovun kənarlarına şamların düzülməsi ya da həyətdə tonqal və lopaların yandırılması istiliyin çağırılması ilə əlaqələndirilir. Və qışın şaxtasının , sazağının bu od-alovla gedəcəyinə , torpağın isinib oyanacağına ümid edilir.
Bayram günü oğlan evindən nişanlı qızlara ,ata evindənsə, təzə gəlin köçmüş qızlara sovqat göndərilir. Niyyət edib qulaq falına çıxmaq da adətdəndi . Qaş qaralanda qapılara papaq , torba atıb pay toplamaq isə bunlardan ən maraqlısıdır.Çünki bu adət ən çox uşaqları sevindirir. Onların torbaları xonçadakı növbənöv şirniyyat və çərəzlərlə -“Xıdır payı” ilə doldurularaq yola salınır.
Bu bayramdan sonra artıq insanlar yalançı və xəbərçi adlanan oğru çərşənbələri və boz ayı qarşılayır.Boz aydan sonra isə hər biri təbiətin bir ünsürünü simvolizə edən dörd doğru çərşənbələr ( Su , Od , Yel və Torpaq ) və nəhayət Novruz bayramı qeyd olunur. Yəni bu bayram bir növ Novruz bayramına gedən yolu göstərir.
Onu da qeyd edək ki,yazın gəlişini xəbər verən qədim Xıdır Nəbi bayramını fərqli zamanlarda , fərqli adlar altında demək olar ki, bütün türk xalqları keçirir. Xıdırelləz və ya Hıdırelləz adlandırılan bu bayram yeni təqvimə görə hər il mayın 6-da qeyd edilir. Daha çox Anadolu və Balkan türkləri ,qismən də İraqdakı türklər arasında tanınan Hıdırelləzi Krım türkləri dini bayram hesab edirlər.Burada bayram günü qurban kəsilir , hər evdə xüsusi yeməklər hazırlayırlar. Bu yeməklərdən kasıblara, yoxsullara paylanır.Allaha dua edilir.Bu duaların həmin gün qəbul olunacağına inanılır.Bayram namazından sonra isə yaşıllıq bir yerdə , göl kənarında bayram böyük coşquyla qeyd olunur.Makedoniyada yaşayan türklərsə, Hıdırelləz bayramında Mantıfar yaxud Mantıfal deyilən qismət falına baxırlar. Hıdırelləzin səhəri günü isə ilk iş arzu və diləkləri bir kağıza çizib suya buraxmaq olur. Eyni ayinlər Anadoluda da həyata keçirilir.
Bir sözlə , Baharın və yenidən doğuşun rəmzi sayılan Hıdırrelləz ,Xıdır Nəbi mərasimləri daxilimizdə yaşayan ümidi göz önünə sərən bir çox ritualları özündə qoruyub yaşadır və təbiətin oyanmasının başlanğıcı sayılır.

KÖNÜL SADIQOVA


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!