Qənirə Paşayevanın büstü hazırlandı .....                        21-ci dəfə ölkə çempionu oldular .....                        Elgünün ailəsi intihar xəbərlərindən danışdı .....                        Xəzər dənizində zəlzələ .....                        Xırdalanda dəhşətli qətl .....                        Sahibə Qafarova Vatikandadır .....                        Elçin Quliyev generalı işdən çıxardı - Yeni təyinat .....                        Ərdoğan Tokayevlə danışıqlar apardı .....                        Gəncədə 18 yaşlı gənc bıçaqlandı .....                       
Tarix : 30-01-2017, 10:30
Sabahdan qışın kiçik çiləsi başlayır

Bu gün qışın daha mülayim hesab edilən böyük çiləsi bitir, sabahdan isə daha soyuq sayılan kiçik çilə başlayır.
Butov.az xəbər verir ki, AMEA-nın Coğrafiya İnstitutundan Trend-ə bildirilib ki, dekabrın 22-dən başlayaraq yanvarın 30-da başa çatan, təqribən 40 gün davam edən "Böyük çilə" dövründə hava tədricən soyusa da, kəskin soyuqlar müşahidə edilmir. Eyni zamanda, güclü küləklərin intensivliyi də az olur:

"Azərbaycanda qışda ölkə ərazisinə yalnız arktik hava kütlələri daxil olanda hava soyuq keçir. Yanvarın sonunda temperatur bir qədər yüksək olanda havanın atmosfer təzyiqi aşağı düşür. Nəticədə də şimaldan daha soyuq hava kütlələri daxil olur".

İnstitutdan əlavə edilib ki, iyirmi gün davam edən "Kiçik çilə"də isə "Böyük çilə"yə nisbətən hava adətən daha soyuq, sərt olması ilə diqqəti cəlb edir:

"Kiçik çilə"də havanın temperaturu daha kəskin düşür, yağış və qar daha çox yağır. Bəzən elə olur ki, yanvarın sonunda mülayim havada bəzi ağaclar tumurcuqlayır, amma fevralda kəskin soyuq onların hamısını məhv edir".

İnstitutdan o da bildirilib ki, çilələrlə bağlı hər hansı elmi araşdırma aparılmayıb. Bu fikirlər sadəcə, xalq müşahidələrinin nəticələridir.

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutundan Trend-ə verilən məlumata görə, Azərbaycanın bəzi bölgələrində böyük çilədən kiçik çiləyə keçəndə müəyyən mərasimlər təşkil olunur. Belə mərasimlərdən biri "çilə qarpızı" ilə əlaqədardır. Adətə görə, xüsusi yerlərdə yaydan saxlanılan "çilə qarpızları" kəsilir və ailənin bütün üzvləri bu təamdan dadır.

Kiçik çilənin birinci ongünlüyündə isə Xıdır Nəbi bayramı keçirilir:

"Xıdır Nəbi bərəkət rəmzidir. Xalqın istəyi odur ki, qışdan çıxandan sonra yeni il onlar üçün bolluq və bərəkət gətirsin. Ona görə də Xıdır Nəbi bayramında xüsusi mərasimlər keçirilir. Qovurğa qovrulur, qovut çəkilir".


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!