Hərbi Prokurorluğun qarşısında maşın yandı .....                        Ağac aşdı, üç nəfər öldü .....                        Gəncədə tələbə dəm qazından boğularaq ölüb .....                        Əhaliyə XƏBƏRDARLIQ edildi .....                        Keşlədə kollektorun üzərində tikilən ev sökülür .....                        İntensiv yağıntılar davam edir .....                        Quba və Qusardan axan bəzi çaylardan sel keçib .....                        "Neftçi" "Sumqayıt"ı məğlub etdi .....                        Zaur Mikayılov kollektorun çökdüyü ərazidədir .....                       
Tarix : 16-08-2013, 18:02
Vəhşilik: ər 4 aylıq hamilə arvadını 21 bıçaq zərbəsilə öldürdü (FOTO)


Türkiyənin Diyarbəkir bölgəsində dəhşətli cinayət baş verib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən vcerdiyi məlumata görə, Selam Binen 4 həftəlik hamilə arvadı Deniz Bineni 21 bıçaq zərbəsilə amansızcasına qətlə yetirib. Səbəb kimi kişi arvadının onu aldatdığını göstərib.

Cinayəti törədən kişi isə arvadının onu aldatmasından şübhələndiyi üçün öldürüb. Belə ki, kişi arvadını izləmək üçün evə video və səs yazan kameralar quraşdırıb. Dəfələrlə həmin yazıları yoxlayıb. Videogörüntülərdə heç nə tapa bilməsə də, səsyazmada arvadının kimləsə telefonda ehtiraslı danışdığını eşidib. Daha sonra gecə yatarkən evlərinin pəncərəsinə kiminsə daş atdığını görüb.

Selam Binen bütün bunlardan sonra arvadı ilə haqq-hesab çəkməyə qərar verib. O, qadının əl-qolunu bağlayıb. Onu döyməyə başlayıb. Arvadından kiminlə sevişdiyini soruşub. Daha sonra isə arvadının müxtəlif yerlərinə ağır bıçaq zərbələri endirib. Selam Binenin bədənini deşik-deşik edən kişi sonradan onun boğazını kəsib.

Ən dəhşətlisi isə budur ki, Selam Binen bu hadisələrin səslərini diktafona yazıb. Səs yazısında qadının ölüm anında ərinə yalvarışları aydın eşidilib:

“Bax, əllərim bağlıdır. Məni öldürürsən, öldür. Amma xahiş edirəm, icazə ver, son dəfə körpəmi qucağıma alım. Onu iyləyim, onunla vidalaşım”.

Bu və digər yazıları polisə təqdim edib. Polis cinayətkar kişini tutub və məhkəməyə təhvil verib. Polis video və səs yazılarını araşdırarkən, kişinin iddia etdiyi kimi arvadın ona başqası ilə xəyanət etmədiyi qənaətinə gəlib.


Paylaş



Bölmə: Dünya / Köşə / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!