İranda SEPAH generalının oğlu öldürülüb .....                        Bu rayonlara qar yağır .....                        Türkiyədə məşhur aktyor saxlanılıb .....                        İki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ .....                        Fazil Mustafa teleaparıcının müdafiəsinə qalxdı .....                        Tehranda 200-dən çox etirazçı öldürülüb - “Time” jurnalı .....                        Paşinyan II Qareginin fərmanını rədd etdi .....                        Elçibəyin qardaşı oğlu: "Ərturquta dedim ki, o kimdi axı, məhkəməyə verirsən?!" .....                        ABŞ İranın cəsur xalqını dəstəkləyir! - Marko Rubio .....                       
Tarix : 16-09-2015, 14:30
Putin Suriyaya görə meydan oxudu


“Biz Suriya hökumətinin terorçulara qarşı mübarizəsini dəstəkləyirik. Ona lazım olan hərbi-texniki və siyasi köməyi göstərməyə davam edəcəyik”.

Butov.az ANS PRESS-in məlumatına əsasən bildirir, bu sözləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Tacikistanın paytaxtı Düşənbədə keçirilən iclasında Rusiya prezidenti Vladimir Putin deyib.

Putin digər ölkələri də Rusiyaya qoşulmağa çağırıb.

Rusiyanın Suriyada və ümumilikdə regionda güclənməsi isə ən çox ABŞ-ı narahat edir. Prezident Barak Obama daxil olmaqla ABŞ rəsmiləri demək olar ki, hər gün Rusiyanın Suriyada fəaliyyətini tənqid edir və sərt bəyanatlar səsləndirir. ABŞ dövlət katibi Con Kerri öz həmkarı Sergey Lavrovdan izahat tələb edib ki, Rusiya hansı məqsədlə Suriya ərazisində hərbi bazanın tikintisini aparır.


Putin Suriyaya görə meydan oxudu


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclası


Kerri həmçinin xəbərdarlıq edib ki, Rusiyanın Bəşər Əsədə dəstəyi münaqişəni daha da uzadacaq. Bu ittihamlara cavab verən rəsmi Moskva hər dəfə Suriyadakı varlığını İŞİD terrorçuları ilə bağlayır.

Sergey Lavrov bildirib ki, Moskva Suriyaya hərbi texnikanı göndərməkdə əsas məqsədi İŞİD silahlılarına qarşı mübarizədir.

“The Guardian” qəzetinin iddiasına görə, Putin 2012-ci ildə Qərb ölkələrinə Əsədin hakimiyətdən getməsi barədə müraciət edib. Amma Rusiyanın bu müraciəti cavabsız qalıb.

Münaqişənin əsas fiquru Bəşər Əsəd isə Rusiya televiziyalarından birinə müsahibəsində bildirib ki, əgər Qərb və ABŞ münaqişənin bitməsini istəyirsə, terrorçulara dəstəyini dayandırmalıdır.


Putin Suriyaya görə meydan oxudu


Rusiya xüsusi təyinatları Suriyada


Türkiyə də Suriyada baş verən prosesləri diqqətlə izləyir. Bu gün xarici işlər naziri Firidun Sinirlioğlu Rusiyanın Suriyadakı mövcudluluğunu və regionda baş verən prosesləri müzakirə etmək üçün Moskvaya səfərə gedib.

Qərb mətbuatı isə ABŞ rəsmilərindən aldıqları məlumatlar əsasında Rusiyanın Suriyaya göndərdiyi tankların artıq Latakiya şəhərində hərbi bazaya çatdığını yazırlar. Rusiya Suriyaya 10 tank göndərib.


Həmçinin Rusiyaya məxsus dünyanın ən böyük sualtı gəmisi Suriyadadır. Gəmi 20 ədəd “Bulava SSN30” qitələrarası balisitik raket və 200-dən çox nüvə başlığı daşıyır. Sualtı gəmi 172 metr uzunluğu və 160 nəfər heyət üzvü ilə bu tip gəmilər arasında ən böyükdür.

Bir neçə gün əvvəl Pentaqon nümayəndəsi Ceff Devis Rusiya Suriyanın şimal-qərbində Latakiya şəhəri yaxınlığında hərbi təyyarə bazası tikdiyini bildirib. Onun sözlərinə görə, son həftələrdə Latakiya şəhərinin ətrafında yerləşən təyyarə bazasına insanların və avadanlığın axını müşahidə olunur.
ABŞ isə Rusiyanın Suriya ərazisində hərbi təsirini azaltmaq üçün Yunanıstan, Bolqarıstan, Ukrayna və İraq hökümətlərindən hava məkanını Rusiya təyyarələri üçün bağlamağı tələb edib. Adı çəkilən ölkələrdən İraq ABŞ-a müsbət cavab verməyib.

Bir tərəfdə böyük güclərin üz-üzə gəldiyi Suriyanın fonunda miqrant böhran, digər bir tərəfdə isə ABŞ və Rusiya arasında davam edən nüfuz davası dünyanın yeni fəlakətə sürükəndiyinə bir işarədir.


Butov.az


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!