MDB-nin Daxili İşlər Nazirləri bu ölkədə toplanacaq .....                        Makronun xanımının "kişi" olduğunu iddia edənlər həbs olundu .....                        Duman olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ .....                        Ərdoğan: "Həm Putin, həm Zelenski ilə danışan tək ölkəyik" .....                        Venesuelanın bu qədər qızıl ehtiyatı var .....                        Bu gün geomaqnit qasırğası gözlənilir .....                        Bakıda tədris mərkəzindən oğurluq edildi .....                        İlham Əliyev yerli telekanallara MÜSAHİBƏ VERDİ .....                        Maduronun həbsi zamanı 80 nəfər öldürülüb .....                       
Tarix : 1-10-2015, 15:13
Rusiya İŞİD-i bombalayır


Rusiyanın Xarici işlər naziri Sergey Lavrov

Rusiya tərəfi Suriyada "İŞİD" teror qruplaşmasına qarşı hava hücumları həyata keçirib.

Qərb ölkələri Rusiyanın "İŞİD" terrorçularına qarşı hava hücumlarını həyata keçirməsinə heç bir reaksiya verməyiblər.

Butov.az ANS PRESS-in məlumatına istinadən xəbər verir ki, elan edildiyi kimi bu gün Rusiya tərəfi Suriyada "İŞİD" teror qruplaşmasına qarşı hava hücumları həyata keçirib.

BMT Təhlükəsizlik şurasının iclasında müzakirə olunan əsas mövzulardan biri də bu idi. Təhlükəsizlik şurasının iclasında Rusiyanın Xarici işlər naziri Sergey Lavrov da iştrak edib.
Təhlükəsizliyinin Şurasının əsas iclası Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun sədrliyi ilə keçirilib.

Şuranın əsas mövzusu olaraq Yaxın Şərqdə və Şimali Afrikada olan terror qruplaşmalarına qarşı müharibə elan olunub.

Hadisənin regiondakı vacibliyini nəzərə alaraq Rusiya tərəfi Təhlükəsizlik şurasına daxil olmayan ölkələri də keçirdiyi tədbirə dəvət edib.

Region ölkələrinə Qətər, Küveyt, Livan, Birləşmiş Ərəb Əmirlikləri, Misir, İsrail, İraq, İran və digər mübarizəyə aidiyyatı olan ölkələr daxildir.

Beynəlxalq təşkilatlar olan Avropa İttifaqı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı da keçirilən tədbirdə iştrak edirdi.

Sergey Lavrov bildirib ki, "Biz Suriyada siyasi proseslərin sabitləşməsi üzrə addımları müzakirə etdik. Biz istəyirik ki, Suriya bütün dini qrupların hüquqlarına hörmət edən və hüquqlarına dövlət tərəfindən zəmanət verilən dünyəvi, təhlükəsiz dövlət olsun. Aramızda bu sahədə fikir ayrılıqları var. Fikir ayrılıqları özünü detallarda göstərir", deyə Lavrov bildirib.

Bununla yanaşı Con Kerri isə öz fikrini belə şərh edib. "Bu münaqişənin həlli yollarını tapmaq lazımdır. Bu konfliktin daha da böyüməsinin qarşısını almaq vacibdir."
Onun sözlərinə görə, "Biz elə etməliyik ki, Suriya demokratik, dünyəvi dövlət kimi qalsın. Biz razılığa gəldik və bu istiqamətdə işləyəcəyik, əlaqə saxlayacağıq", - deyə Kerri bildirib. Sergey Lavrovla olan görüşünü isə konstruktiv adlandırıb.


Butov.az


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!