Türk Dünyası Mediatorlar Birliyi təsis edildi .....                        Ersin Tatar Qəbələ zirvəsindən danışdı .....                        Bakı metrosunda yenilik: Qatarın nə vaxt gələcəyi ekranlarda görünür .....                        Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş .....                        Bakı Avrasiya Universitetində əcnəbi tələbələrlə "Miqrasiya qaydaları"mövzusunda tədbir keçirilib .....                        Yardımlıda müəllim şagirdi döyüb? - Araşdırma başladı .....                        İmişlidə 74 nəfərin zəhərlənmə səbəbi AÇIQLANDI .....                        Tramp Ərdoğandan nə xahiş edib? - Türkiyə lideri açıqladı .....                        Tramp Çikaqonu “işğal edəcək”? .....                       
Tarix : 6-10-2015, 12:59
Köçəryan Konstitusiya layihəsini “topa” tutdu: “Mənim ən qorxulu ehtimallarım doğruldu”


Ermənistanın sabiq prezidenti Robert Köçəryan ölkədə Konstitusiya dəyişiklikləri yolu ilə parlament respublikasına keçidi nəzərdə tutan ümumxalq səsverməsi layihəsini sərt tənqid edib. Butov.az Ermənistan KİV-nə istinadla xəbər verir ki, Köçəryan Konstitusiyaya dəyişiklik planlarını ölkəsi üçün real təhlükə adlandırıb:

“Mənim baxış bucağım dəyişməyib, ölkədə Konstitusiya islahatları keçirməyə, xüsusən belə radikal formada dəyişikliklərə ehtiyac yoxdur. Ölkə qarşısında duran bütün problemlər və çətinliklər indiki Konstitusiya ilə də həll oluna bilər. Konstitusiya layihəsinin içərisində təkpartiyalı sistemə, deməli, siyasi inhisar və durğunluğa aparan məqamlar var”.

Köçəryan layihənin qəbul olunacağı halda gələcəkdə Ermənistanı SSRİ-nin taleyinin gözlədiyini düşünür: “Sovet Konstitusiyasında qulağa xoş səslənən çox sözlər var idi, amma Konstitusiyanın 6-cı maddəsi ölkədə SSRİ Kommunist Partiyasının rəhbər rolunu müəyyənləşdirirdi və kommunistlərin siyasi monopoliyasının rəsmləşdirirdi. SSRİ-nin sonunun necə olduğunu hamımız bilirik”.

Köçəryan Konstitusiya layihəsinin geri çağırılmasının vacib olduğunu düşünür:

“Layihə Konstitusiyanın 89-cu maddəsinə görə parlamentdə yalnız 1 partiyanın dominantlığı ola bilər. Bu isə populyarlıq göstəricsindən asılı olmayaraq, ölkədə inzibati və maliyyə resurslarına malik təkhakimiyyətliliyin qurulması deməkdir. Ermənistanda partiya daxili demokratiyanın mövcud olmadığı şəraitdə isə bu böyük faciələrə yol açacaq. Konstitusiya laiyhəsinin mətni mənim ən qorxulu ehtimallarımı doğrultdu. Mən ölkəmin qaranlıq gələcəyinə qarşı çıxdığım üçün Konstitusiya layihəsinə etiraz edirəm. Ermənistanın gələcəyinə ağır zərbə vuracaq bir addım atılır”.


Butov.az


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!