Şimali Makedoniya Prezidenti Mikayıl Cabbarovu qəbul edib .....                        Budapeştdə daha iki medal - FOTO .....                        Ərdoğandan Kiprlə bağlı çağırış .....                        Hakan Fidan suriyalı həmkarı ilə danışıqlar apardı .....                        Kürdə batan var .....                        Bakının tərəf müqabili Qum deyil, Tehrandır! .....                        Media Forumunun iştirakçıları Xocalıda - FOTO .....                        Qalmaqallı görüntüləri yayılan şirkət rəhbəri İSTEFA VERDİ .....                        Xocalıya qayıdacaq insanların sayı açıqlandı .....                       
Tarix : 19-10-2013, 11:24
MSK-nın yekun protokolu təsdiqlənib



Bu gün Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycanda keçirilmiş prezident seçkilərində səsvermənin nəticələri haqqında Mərkəzi Seçki Komissiyasının (MSK) protokolunun təsdiq olunması məsələsinə baxılıb.
Məruzəçi hakimlərdən Sona Salmanova və Rafael Qvaladze çıxış ediblər. S. Salmanova MSK tərəfindən seçki protokolunun təsdiq olunması üçün məhkəməyə göndərildiyini bildirib. R. Qvaladze isə seçkinin nəticəsinə dair protokola əsasən, prezident İlham Əliyevin səslərin yarıdan çoxunu toplayaraq qalib olduğunu bildirib.
Daha sona MSK sədri Məzahir Pənahov çıxış edib. O, bildirib ki, prezidentliyə namizədlərə təbliğat-təşviqat kompaniyası üçün şərait yaradılıb. Onlara efir vaxtı və yazılı mətbuatda çıxış imkanı verilib: “Prezident seçkiləri beynəlxalq və yerli müşahidəçilər, jurnalistlər tərəfindən izlənilib. Səsvermənin ilkin nəticələri operativ şəkildə işıqlandırılıb. Seçki günü seçicilər çox fəal olublar və məntəqələrə gələrək səs veriblər. Azərbaycanda seçkilərin sərbəst şəkildə və obyektiv keçirildiyi beynəlxalq qurumlar tərəfindən də bəyan edilib. Seçkilərin nəticələrinə dair protokol tərəfimizdən tərtib edilib. Nəticələrə görə, seçicilərin böyük hissəsi seçkilərdə iştirak edib. Tərtib olunmuş protokol təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə göndərilib”.
İclasda Cəmil Həsənli çıxış üçün söz istəyib. Lakin F. Abdullayev etiraz edib, bildirib ki, bu cür iclaslarda tərəf kimi MSK, dəvət olunmuş ekspertlər çıxış edə bilərlər. Digər şəxslər isə iclasda iştirak edə bilərlər, lakin onların çıxış etmək hüququ yoxdur.
Sonra hakimlər müşavirəyə gediblər.
Hakimlər müşavirədən qayıdandan sonar F. Abdullayev Konstitusiya Məhkəməsi adından qərarı elan edib.
Qərarda bildirilir ki, 9 oktyabr tarixində keçirilən prezident seçkilərinin nəticələrinə dair MSK-nın məhkəməyə təsdiq və rəsmi elan olunması üçün təqdim etdiyi protokola plenum iclasında baxılıb. Plenum MSK-nın protokolunu təsdiq edib. İlham Əliyev səslərin 84,54 faizini topladığı üçün prezident elan edilib.


Paylaş



Bölmə: Siyasət / Ədəbiyyat / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!