Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 14-09-2015, 08:59
Sərkisyan dəhşətli terrora imza atacaq – Gizli plan


Butov.az Axar.az-a istinadən xəbər verir ki Erməni mətbuatında yayılan xəbərlərə görə, Ermənistanda konstitusuya referendumu keçirilənə qədər ölkəni bir sıra qanlı cinayətlər gözləyir. Axar.az Regional Sabitlik və Təhlükəsizlik Mərkəzinə istinadən xəbər verir ki, referendum keçirməklə ölkəni parlamentli idarəetmə sisteminə keçirməyə çalışan Sərkisyan müxtəlif yollarla, nəzarət və idarəetməsində olan oliqarxlar və rəsmilərin iştirakı ilə xüsusi planlar hazırlayıb. Planın əsas məqsədi ölkədə qarışıqlıq yaratmaqla əsas diqqətin bu istiqamətə yönəldilməsi ilə konstitusuya referendumunu gözardı etməkdir. Ermənistan müxalifəti planın həyata keçirilməsində 10 mühüm hadisənin baş verəcəyindən ehtiyatlanır:

1) Referenduma qədər hansısa bir rəsminin və ya deputatın cinayəti istisna deyil. Bu hadisə vətəndaşlar üçün cinayət sayılsa da, hökumət üçün qurban sayılacaq. Yəni insan “ümumi işə” qurban veriləcək.

2) Birincidən fərqli olaraq, qan tökülərkən öz “yaxın”larından qurban veriləcək. Hakimiyyətin nəzərdə tutduğu qurbanlar həbs olunacaq. O şəxslərin keçmişi hökumət üçün bitmiş sayıldığından istifadəyə tamamilə yararsız sayılırlar. İstisna deyil ki, həbs olunacaq şəxs hanısa cinayət imicli olmasın. Buna misal olaraq Qaqik Beqlaryan (Ermənistanın hazırkı Nəqliyyat və Rabitə naziri, Respublikaçılar Partiyasının üzvüdür) və ya Ruben Hayrapetyan (Futbol Federasiyasının prezidenti, Respublikaçılar Partiyasının üzvüdür). Ola bilər ki, “qurban” polis müavini və ya hansısa nazir olsun. Bildirilir ki, qalmaqalların bir hissəsi 2 məsələdə həll olunacaq: 1. Gələcək hakimiyyəti “yem qutusu”na layiq olmayanlardan azad etmək. 2. Xalqın “məşğulluq” məsələsini həll etmək.

3) Hansısa supermarketdə, hər hansı bir oliqarxın evində və ya nazirin obyektində böyük miqyaslı partlayış və ya ictimai binalarda yanğın törətmək.

4) Cəzaçəkmə müəssisələrində baş verən ölümlər təkrarlana bilər. Bu ölüm Nairi Hunanyana (1999-cu ilin 27 oktyabrda (ER Milli Məclisdə baş verən terrorun əsas təşkilatçılarından biri) və ya Karen Hunanyana (Nairi Hunanyanın qardaşı, 1999-cu ilin 27 oktyabrda ER Milli Məclisində baş verən terrorun əsas təşkilatçılarından biri) tətbiq olunacaq. Çünki bu şəxslər hələ Serj Sərkisyanın “istifadə fəaliyyəti faktoru” proqramında istifadə olunmayıblar.

5) Açıq-aydın terror qaçılmaz ola bilər. Bu terror partlayış və ya cinayət deyil, bir ruhi xəstənin “sui-qəsdi” kimi də təşkil edilə bilər. Bu da referenduma qədər Ermənistanı dəhşət içində saxlamağa yardımçı olacaq.

6) Kiçik skandalların bir qrupu. Məsələn, vətəndaşlara qarşı rəsmi zorakılıqlar. Yenidən Surik Xaçatryanın, Ruben Hayrapetyanın, Arakel Movsisyanın, Samvel Aleksanyanın və başqalarının “qəhrəmanlıqlarını”n ortaya çıxma ehtimalı var.

7) Birbaşa Sərkisyanın “əlyazması” olmayan skandallar gözlənilir. Məsələn, Ermənistanın siyasi xadimi, Respublikaçılar Partiyasının sədri olmuş Andranik Marqaryanın ölümündə əli olmadığı kimi. Hansı ki, nəticədə Sərkisyan Respublikaçılar Partiyasının sədri olmuşdu. Özünəqəsdlər, cinayətlərin sayı çoxalacaq. Hanısa bir avtobusun yanması, küçə atışmaları və s. buna misal ola bilər.

8) Respublikaçılar “intellektinin” Ermənistan Respublikasının Milli Məclisindəki fəallığı. Bu tip skandalların birbaşa konstitusiya islahatları ilə əlaqəli olacağı gözlənilmir.

9) Skandalların çoxu Serj Sərkisyanın şəxsi ilə bağlı olacaq. Bu tip performanslar Ermənistanı bütün dünyada “yüksəkliyə” qaldıracaq.

10) Möcüzələrlə bağlı olacaq. Samvel Aleksanyanın “əczaçıları” möcüzəli dərmanlar hazırlayacaq və ehtimal olunur ki, qalmaqalların bir hissəsi 2017-ci ilin parlament seçkiləriqabağı xalqı parçalamaq üçün “ehtiyatda saxlanılır”.


Butov.az


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!