Qəzzada 63 girov qalıb .....                        Gənc şair intihara cəhd etdi: vəziyyəti ağırdır .....                        Qarlı hava ilə bağlı daha bir xəbərdarlıq .....                        Hücum edilən xəbər saytlarının fəaliyyəti yeni həftədən bərpa olunur .....                        "Qarabağ" heç-heçə etdi .....                        Mansur Yavaşdan prezidentliyə namizədliklə bağlı açıqlama .....                        Oğlu tərəfindən baltalanan 84 yaşlı kişi danışdı: "Dedi ki, yaxşı eləmişəm" .....                        Pənah Hüseynin partiyası fəaliyyətini dayandırır? - AÇIQLAMA .....                        Qısa fasilədən sonra yenidən qar yağır .....                       
Tarix : 8-09-2015, 09:53
Sahib Alıyev: " Ermənistana kreditin verilməsinin arxasında iki məsələ dayana bilər..."


"Bütün hallarda Azərbaycanın Rusiyaya Ermənistan kimi forpost olmayacağı hər kəsə aydındır"


Butov.az Ölkə.Az-a istinadla xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sahib Alıyev Ermənistan prezidenti Serj Sarkisyanın dünənki Moskva səfərini şərh edərkən bildirib.

Onun fikrincə, Serj Sarkisyanın dünən axşam prezident Vladimir Putinin hüzurunda Rusiyanın Ermənistana cəbbəxanasını yeniləmək üçün 200 milyon dollar güzəştli kredit verməsi haqqında açıqlamasının arxasında iki məsələ dayana bilər.

"Birincisi, 2-3 ay bundan öncə anons edilən kredit məsələsini təzə bir şeymiş kimi yenidən qabardılması onunla bağlı ola bilər ki, Sərkisyanın üzərinə yeni öhdəliklər qoyulub. Bir qayda olaraq, ciddi hərbi sövdələşmələr kamera önündə dilə gətirilmir. Əgər dilə gətirilirsə, demək, dilə gətirən tərəf bunun qarşılığında dilini gödək edəcək nələrəsə gedib", - deyə Əliyev qeyd edib.

O, Moskvanın Ermənistana satdığı qazın qiymətini yenidən ucuzlaşdırması və bu kredit məsələsinin qabardılmasının ermənilər arasında Rusiyaya qarşı artan narazılığı azaltmaqla yanaşı, həm də Sergey Lavrovun Azərbaycana səfərinin nəticələrindən, daha dəqiqi nəticəsizliyindən doğurduğunu da istisna etməyib.

"Yəni rəsmi Bakı Kremlin müəyyən arzularına müsbət cavab verməyib, onlar da məhz indi Sərkisyanı Moskvaya çağırıb Ermənistana bəzi güzəştlər etməklə bir güllə ilə 2 dovşan vurmağa çalışırlar. Bir tərəfdən Ermənistanda Rusiyaya qarşı getdikcə artan və daha da artacağı proqnozlaşdırılan narazılıqları önləmək istəyir, digər tərəfdən isə bununla bizi qıcıqlandırmaq niyyəti güdürlər. Bütün hallarda Azərbaycanın Rusiyaya Ermənistan kimi forpost olmayacağı hər kəsə aydındır. Hər kəsə o da aydındır ki, iki ölkə arasında strateji müttəfiqliyin yolu Dağlıq Qarabağ münaqişəsinin həllindən, ədalətli həllindən keçir.
Yəni top ermənilərin ağasının meydançasındadır. Və proseslərin necə sürətlə dəyişdiyini nəzərə alsaq, deməliyik ki, o, orada çox qalası deyil. O da unudulmamalıdır ki, başqa toplar da var. Ancaq onlarla oynamırlar, onlardan atırlar...", - deyə deputat vurğulayıb.

Xatırladaq ki, dünən Moskvada Vladimir Putin və Serj Sarkisyanın görüşü keçirilib. Görüş əsnasında Sarkisyan həmçinin Rusiyaya Ermənistana 200 milyon dollar güzəştli kredit ayırdığına görə təşəkkür edib.


Butov.az


Paylaş



Bölmə: ---
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!