AAYDA sürücülərə müraciət etdi - DİQQƏTLİ OLUN .....                        Qurumlar Bibiheybət yolundakı sürüşmə ilə bağlı MƏLUMAT YAYDI .....                        Azərbaycanın 11 boksçusu beynəlxalq turnirin finalına yüksəldi .....                        "İrana müharibə dövrünün ən güclü zərbəsi endiriləcək" .....                        Əliyar Ağayevə cəza verildi .....                        Ermənistanda nazirlik binasında silahlı insident: Yaralanan var .....                        Sabah 18 kənddə işıq olmayacaq .....                        Fidan Əraqçi ilə danışdı .....                        Prezidentin Gürcüstan səfəri başa çatdı .....                       
Tarix : 8-10-2015, 12:36
Obama səhvini etiraf etdi


Pentaqon rəsmiləri Əfqanıstanın Kunduz şəhərindəki mərkəzi xəstəxananın səhvən bombalandığını bəyan edib.
Butov.az ANS PRESS-in məlumatına istinadən xəbər verir ki, ötən şənbə günü xəstəxananın bombalanması nəticəsində xəstələr və həkimlər də daxil olmaqla 22 nəfər ölüb.
Əfqanıstandakı koalisiya qüvvələrinin amerikalı komandanı general John Campbell bildirib ki, xəstəxana havadan kömək istəyən Əfqanıstan qüvvələrinin müraciətindən sonra bombalanıb. ABŞ müdafiə naziri Eşton Karter bundan əvvəl baş verən insidentdən dərin təəssüf bildirmişdi. Əfqanıstanın hökumət qüvvələri bu günlərdə şəhəri talibançılardan geri alsalar da , şəhərdə hələ də atışmalar olduğu xəbər verilir.
Kunduz vilayətində bombalanan xəstəxana
ABŞ prezidenti Barak Obama Əfqanıstanın Kunduz vilayətində "Sərhədzis həkimlər" (MSF) beynəlxalq təşkilatının hospitalına hava zərbə endirilməsinin "hərtərəfli araşdırılmasına" başlandığını bəyan edib. ABŞ hərbi aviasiyası Kunduz şəhərində Talibanı hədəflədiyini bildirərək əməliyyat zamanı kənar itkilərin ola bildiyini isitisna etməyib. Hadisəyə görə "dərin hüznlə başsağlığı" bildirən ABŞ prezidenti Barak Obama "faktların tam aydınlaşdırıldığını" gözlədiyini və bundan sonra qəti qərar çıxaracağını bildirib.
Əfqanıstanın Kunduz şəhəri xəritədə
Əfqanıstan ordusu iki gün əvvəl Taliban yaraqlılarının ələ keçirdiyi Kunduz şəhəri uğrunda hazırda ağır döyüşlər aparır. Son dövrdə Talibanın yenidən fəallaşması baş verir və onunla mübarizə çərçivəsində Kunduzda aparılan əməliyyatlar hazırkı Əfqanıstan iqtidarı üçün mühüm əhəmiyyət kəsb edir.
Əfqanıstanın şimalında yerləşən və 300 mindən çox əhalisi olan Kunduz şəhəri ölkənin vacib nəqliyyat mərkəzlərindən biri sayılır və hərbi nöqteyi-nəzərdən böyük strateji əhəmiyyət daşıyır. Taliban yaraqlıları 2001-ci ildən sonra iilk dəfədir ki, belə bir böyük şəhəri ələ keçirə biliblər. Onlar təbii ki, “bu uğuru” əldən vermək istəmirlər.



Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!