Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                       
Tarix : 24-11-2015, 14:17
Türkiyə-Suriya sərhədində Rusiyaya məxsus Su-24 bombardmançı təyyarəsinin vurulması gündəmin əsas mövzularındandır.

Rusiya deputatlarından Putinə MÜRACİƏT: “Türkiyə ilə əlaqələri kəsin”



Rusiya Dövlət Dumasının iki deputatı hadisə ilə bağlı prezident Vladimir Putinə müraciət ünvanlayıb.

Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, Kommunist Partiyasının Dövlət Dumasındakı deputatları Valeri Raşkin və Sergey Obuxov Putini Türkiyə ilə diplomatik əlaqələrə son qoymağa çağırıb.

“Türkiyənin təcavüzü onun növbəti dəfə beynəlxalq terrorizmə, xüsusilə “İslam dövləti”nə (İŞİD) dəstəyini təsdiq edir. Türkiyə Xarici İşlər Nazirliyi bundan əvvəl bəyanat yaydı ki, 7 dövlət Rusiyanın Suriyada anti-terror əməliyyatlarından narahat olur.

Sizdən xahiş edirik ki, baş verən hadisənin müəyyənləşdirilməsi üçün Türkiyə səfirini çağırasınız. Eyni zamanda diplomatik əlaqələrin kəsilməsi məsələsinə baxmağı xahiş edirik.

BMT Təhlükəsizlik Şurasında Rusiyaya qarşı təcavüzə görə Türkiyənin məsuliyyəti haqqında məsələ də qaldırmaq lazımdır. Həmçinin Türkiyəni terrorizmin himayəçisi kimi tanımağa, İŞİD və digər terror təşkilatlarına dəstəyinin yatırdılması üzrə kompleks tədbirlər görməyə çağırırıq”,-deyə müraciətdə qeyd olunub.

Rusiya Dövlət Dumasının sədr müavini Nikolay Leviçev də Türkiyənin terrorçulara dəstək verməkdə itiham edib.

“Biz bu hücumla Sinay yarımadasındakı Rusiya təyyarəsinin vurulmasını müqayisə edəcəyik. İŞİD-lə Ankaranın əlaqələri göz qabağındadır. Biz buna görə də Türkiyədəki vətəndaşlarımıza olan təhlükəni minimuma endirməliyik”.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!