Qazaxıstan hakimiyyəti  Aktobe şəhərində terror aktından sonra ölkədə silah  mağazalarının bağlanmasını təklif edib.
 Butov.az-ın FaktXəbər-ə istinadən məlumatına görə, bu barədə  "İnterfaks" agentliyi yazıb. 
Hazırda silah mağazaları barədə  qanunvericilikdə dəyişikliklərə  baxılır.  
 Xatırladaq  ki, ötən gün Aktobe şəhərində "Pallada" silah mağazası və Milli Qvardiyanın hərbi hissəsi hücuma məruz qalıb. Atışma nəticəsində 6 nəfər ölüb.   Şəhərdə antiterror əməliyyat rejimi elan edilmiş, müəssisələrin və ictimai nəqliyyatın işi dayandırmışdı.