"Fənərbağça" qalib gəlib .....                        Trampdan İranla bağlı VACİB AÇIQLAMA .....                        Faciəli şəkildə ölən tələbələrin FOTOSU .....                        Erməni nazir Vaqif Xaçaturyanın səhhətindən danışdı .....                        ABŞ 24 saat ərzində İranı bombalayacaq - KİV .....                        Ukraynada fövqəladə vəziyyət elan edildi .....                        Naxçıvanda iki türk tələbə dəm qazından öldü .....                        İsraillə ABŞ İranı müzakirə etdi .....                        Britaniya hərbçiləri Qətərdəki hərbi bazanı tərk edir .....                       
Tarix : 30-06-2016, 13:36
Oğlunu İŞİD-dən qurtardı, özü İstanbul terrorunun qurbanı oldu


Türkiyənin İstanbul şəhərində, Atatürk hava limanında baş vermiş partlayış nəticəsində həyatını itirən insanların gözyaşardan taleləri üzə çıxmaqda davam edir. Terrorun qurbanı olanlardan biri də general-mayor Fəth Beyyud adlı şəxs olub.

Butov.az Anspress-ə istinadən bildirir ki, o, bir müddət əvvəl öz oğlunu İŞİD terror təşkilatının caynağından çətinliklə də olsa xilas edə bilib.

Tunisli həkim, general-mayor Fəth Beyyudun yaxınları bildiriblər ki, onun oğlu bir müddət əvvəl oxumaq üçün Türkiyəyə gəlib. Lakin burada o, sosial paylaşma saytları vasitəsilə İŞİD üzvləri ilə tanış olaraq Suriyaya keçib.

Beyyud oğlunun geriyə - Türkiyəyə qayıtması üçün çox səy göstərib və sonda buna nail olub. Polis terror təşkilatından geri qayıdan oğlanı saxlayıb. General-mayorun qohumları deyirlər ki, oğlu Türkiyəyə qayıtdıqdan sonra daim Beyyudun nəzarətində olub.

Hücumun baş verdiyi gün Beyyudun həyat yoldaşı Tunisdən Türkiyəyə oğlunu ziyarətə gəlib. Hərbçi həkim də hava limanına onu qarşılamağa gedibmiş. Ailə birlikdə Tunisə dönməyi planlaşdırırdı. Lakin ailə başçısı qanlı terrorun qurbanı oldu.

Tunis Xarici İşlər Nazirliyi tərəfindən daha əvvəl edilən yazılı açıqlamada, Hərbi Xəstəxananın Pediatriya kafedrasının müdiri olan hərbi təbib general-mayor Fəth Beyyudun Atatürk hava limanındakı terror hücumunda həyatını itirdiyi açıqlanıb.


Qeyd edək ki, ötən gün Türkiyənin İstanbul şəhərində Atatürk hava limanında terror hadisəsi baş verib. 3 kamikadze əllərində Kalaşnikov avtomatı ilə hava limanına daxil olub. Onlar əvvəlcə qarşılarına çıxan hər kəsi güllələyiblər. Daha sonra polislərin də atəş açdığını görüncə özlərini partladıblar.

Hadisə nəticəsində 42 nəfər ölüb, 239 insan isə yaralanıb. Ölənlərin çoxunun türk vətəndaşı olduğu deyilir. Ölənlər arasında turistlər də var. Verilən məlumata görə, terror qurbanları arasında Azərbaycan vətəndaşları yoxdur.

Türkiyənin İstanbul şəhərində baş verən qanlı olayla bağlı bir çox dünya liderləri Türkiyə prezidentinə başsağlığı verib.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!