Zelenskinin yeni "sağ qolu" kim olacaq? .....                        MDB liderləri bu ölkədə görüşəcək .....                        ABŞ iki od arasında .....                        Hər zaman həmrəy olaq! .....                        İranda etirazlar - minlərlə insan ayağa qalxdı .....                        Zəngəzur dəhlizi dünyanın ən yüksək tutumlu ticarət yolu olacaq .....                        ABŞ Ukraynaya qoşun yeridəcək? - Zelenskidən cavab .....                        Ərəb ölkəsi Yəməndə əməliyyatı dayandırır .....                        Bəşər Əsədin fotosu silindi .....                       
Tarix : 29-06-2016, 20:11
“Borçalı” Cəmiyyəti Türkiyə xalqına başsağlığı verdi“Borçalı” Cəmiyyəti Türkiyə xalqına başsağlığı verdi

İyunun 28-də qardaş Türkiyədə, İstanbulun “Atatürk" beynəlxalq hava limanında növbəti dəfə dəhşətli terror hadisəsi baş verdi. Hadisə nəticəsində 41 nəfər həyatını itirib, 240 nəfər isə yaralanıb. Başda “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli olmaqla Cəmiyyətin İdarə Heyəti baş vermiş qanlı terror hadisəsi zamanı ölənlərin yaxınlarına, Türkiyə xalqına və Türkiyə Dövlətinə başsağlığı verib. Başsağlığı müraciətində deyilir: “İyunun 28-də İstanbulun “Atatürk” Beynəlxalq Hava limanında törədilmiş növbəti qanlı terror hadisəsi hamımızı üzdü. Biz “Borçalı” Cəmiyyəti olaraq namərdcəsinə həyata keçirilən bu hadisədən son dərəcə hiddətlənir, baş vermiş hadisəni qəti şəkildə pisləyirik. Terror aktının qurbanı olmuş şəxslərin ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə şəfa tapmasını diləyirik. Terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır və qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha vurğulayırıq”.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!