Savaş və bölgəmizin taleyi .....                        “Toyunda hədələdi, sonra da öldürdü” - Faciəvi qətlin detalları .....                        İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib .....                        Təyyarə yaşayış binasına çırpıldı .....                        Sumqayıtda qardaş qardaşı bıçaqladı .....                        Türkiyə və Azərbaycan hərbçilərinin təlimi keçirilib .....                        Son 10 mövsümün tamaşaçı rekordu .....                        Əfqanıstanda güclü zəlzələ oldu .....                        “Zirə” Azərbaycan çempionu oldu .....                       
Tarix : 13-02-2017, 19:52
Latviyanın XİN başçısı: "Azərbaycanın ərazi bütövlüyünü və Minsk qrupunun fəaliyyətini dəstəkləyirik"

Latviyanın XİN başçısı Edqar Rinkeviçs Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən atışmalardan narahat olduğunu bildirib.
Butov.az-ın "Report"-a istinadən verdiyi xəbərə görə, Azərbaycanlı həmkarı ilə Bakıda keçirdiyi brifinqdə E.Rinkeviçs vurğulayıb ki, münaqişə yalnız sülh yolu ilə həll edilə bilər.
O deyib ki, biz Azərbaycanın ərazi bütövlüyünü və Minsk qrupunun fəaliyyətini dəstəkləyirik.
Azərbaycan və Latviya arasındakı əməkdaşlığa toxunan Latviyanın XİN başçısı bildirib ki, iki ölkə arasında siyasi dialoq intensivdir: "Gələn ay Latviya prezidenti Azərbaycanda keçiriləcək Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkənizə səfər edəcək. Yəqin ki, bu həmçinin bizim münasibətlərə impuls verəcək".
Nazirin yaxın vaxtlarda təhsil sahəsində müqavilə hazırlanacağına da ümidvar olduğunu bildirib: "Hazırda Latviyada 100 azərbaycanlı tələbə təhsil alır və bu rəqəmi artırmaq imkanı mövcuddur. Görüş zamanı biz həmçinin turizm məsələrini müzakirə etdik. Burada ən vacib məsələ birbaşa uçuşları tənzim etməklə bağlıdır".


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!