Türkiyədə bələdiyyə başçısı və müavini həbs edildi .....                        Dohada güclü partlayış səsləri eşidilib .....                        Serbiyanın İrandakı səfiri Astara vasitəsilə təxliyə edildi .....                        Bu gün Novruzun ikinci - Od çərşənbəsidir .....                        İraqda hərbi aviabazaya dron hücum .....                        İrandakı qarşıdurmadan ən çox Dubay zərər görüb .....                        İran səmasında ABŞ və İsrail PUA-ları vuruldu .....                        Zelenski Yaxın Şərq ölkələrinə Ukraynanın köməyini təklif edib .....                        Ramazanın 13-cü gününün duası - İmsak və iftar vaxtları .....                       
Tarix : 3-05-2017, 19:25
Bir sıra xarici ölkənin nazirləri 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılacaqlar

Bu il mayın 4-6-da YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, İSESKO-nun tərəfdaşlığı ilə Bakıda keçiriləcək “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bir sıra xarici ölkənin nazirləri də qatılacaqlar.
Butov.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyindən "Report"a bildirilib ki, onların arasında Banqladeş Xalq Respublikasının mülki aviasiya və turizm naziri Rəşid Xan Menon, Myanma İttifaqı Respublikasının təhsil naziri Myo Qyi, Sudan Respublikasının turizm, əntiq əşyalar və təbiət naziri Muhammed Əbuzaid Mustafa, Efiopiya Federativ Demokratik Respublikasının mədəni inkişaf naziri Remedan Aşenafi Hocelle, Gürcüstanın birlik və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili, Zimbabve Respublikasının turizm və qonaqpərvərlik sənayesi naziri Valter Mzembi də var.
Azərbaycan tərəfinin təklifi ilə forum çərçivəsində ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı, Dünya Forumu Nazirlər Görüşü keçiriləcək. Forum çərçivəsində keçiriləcək sessiyalarda insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzuları əhatə edəcək.
Xatırladaq ki, 4-cü dəfədir keçirilən forum Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı prosesi” təşəbbüsü çərçivəsində təşkil olunur.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!