“Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                        “Neftçi”dən növbəti QƏLƏBƏ .....                        Vaşinqtonda kritik görüş: İsrail və Livan üz-üzə .....                        Pakistan qırıcıları Səudiyyə Ərəbistanında .....                       
Tarix : 9-06-2017, 10:04
Qətərin vətəndaş və təşkilatları terrorçular siyahısına daxil edildi

Dörd ölkə Qətərin vətəndaş və təşkilatlarını terrorçular siyahısına daxil edib.
Butov.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətərin 59 vətəndaşını və 12 təşkilatını terrorçular siyahısına əlavə edib.

Dörd ərəb dövlətinin bəyanatında deyilir ki, göstərilən şəxs və təşkilatların Qətərin ikili standartı ilə əlaqəli olduqları barədə faktlar var. Qətərin ikili standart siyasəti isə bir tərəfdən terrora qarşı mübarizə deklarasiyası, digər tərəfdən isə müxtəlif terror təşkilatlarını maliyyələşdirməsidir.

Siyahıya Qətər vətəndaşları ilə yanaşı İordaniya, Yəmən, Liviya və Küveyt vətəndaşları da daxil edilib. 4 ərəb dövləti hakimiyyətinin fikrinə görə, bu şəxslər də terrorçulara maliyyə yardımı göstərir. Siyahıda Qətərin sabiq xarici işlər naziri Abdulla bin Halid əl Taninin də adı var.

Terrorçulara kömək edən təşkilatlar arasında Qətər, Bəhreyn və Liviyaya məxsus hüquqi şəxslər var. Onlar arasında xeyriyyə fondları, könüllülər mərkəzi və bir neçə siyasi müxalifət hərəkatının adı var.

Qeyd edək ki, siyahının yenilənməsi gözlənilir.

Qətər tərəfi siyahı barədə heç bir açıqlama verməyib.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!