Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                       
Tarix : 16-06-2017, 18:46
ABŞ və Qətər Hərbi Dəniz donanmaları birgə təlim keçirir

ABŞ və Qətər Hərbi Dəniz donanmalarının gəmiləri iyunun 17-də Qətərin su ərazisində birgə hərbi təlim keçirməyə başlayıb.

Butov.az “Report”-a istinadən xəbər verir ki, ABŞ Hərbi Dəniz Donanmasının iki gəmisi manevrdə iştirak etmək üçün Qətərin Həmad limanına yan alıb.

Hərbi tədbir əvvəlcədən planlaşdırılıb və Qətər ətrafında yaranan böhranla heç bir əlaqəsi yoxdur.

Qeyd edək ki, ötən gün ABŞ-la Qətər arasında “F-15” reaktiv qırıcı təyyarələrinin tədarükünə dair 12 milyard dollarlıq müqavilə imzalanıb. Halbuki bir neçə gün əvvəl ABŞ prezidenti Donald Tramp ölkəsinin müttəfiqi Qətəri “yüksək səviyyədə terrorçuluğu himayə etməkdə” ittiham etmişdi. Ağ Ev rəsmisinin ittihamı Qətərin terrorçulara öz vətəndaşını girovluqdan azad etmək üçün 1 milyard dollar verməsinə əsaslanırdı. Rəsmi Doha isə ünvanına deyilən ittihamları təkzib edib.

Xatırladaq ki, ABŞ-ın Yaxın Şərqdəki ən böyük hərbi bazası Qətərdə yerləşir. Orada 10 minə yaxın ABŞ hərbçisi xidmət edir. Bu hərbi baza ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın terrorçu İŞİD qruplaşmasına qarşı mübarizəsində əsas rollardan birini oynayır.

Yeri gəlmişkən, Qətəri boykot edən ərəb dövlətlərinə başçılıq edən Səudiyyə Ərəbistanı isə bu ilin may ayında ABŞ-la 110 milyard dollarlıq silah müqaviləsi imzalayıb.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!