“Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                        “Neftçi”dən növbəti QƏLƏBƏ .....                        Vaşinqtonda kritik görüş: İsrail və Livan üz-üzə .....                        Pakistan qırıcıları Səudiyyə Ərəbistanında .....                       
Tarix : 3-09-2013, 14:07
Azərbaycanın hərbi gəmiləri Həştərxana yollanıb


Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmiləri Rusiyanın Həştərxan limanına səfərə gedib.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Federasiyasının Xəzər donanmasının komandan müavini, 1-ci dərəcəli kapitan Aleksandr Proxorov deyib. O bildirib ki, gəmilər artıq Bakını tərk edib və sentyabrın 4-də Həştərxana çatacaqlar.

Həştərxana Azərbaycanın 3 hərbi gəmisi yollanıb. Gəmi dəstəsinə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov komandanlıq edir. Bir günlük səfər çərçivəsində RF Xəzər donanmasının komandanlığı və Həştərxan vilayətinin rəhbərliyi ilə görüşlər nəzərdə tutulub. Azərbaycan dənizçiləri Heydər Əliyevin Həştərxandakı abidəsi və əbədi məşəl önünə əklil qoyacaqlar.

Xatırladaq ki, avqust ayının əvvəllərində Rusiyanın Xəzər donanmasının gəmiləri – “Dağıstan” raket gəmisi və “Volqodonsk” kiçik artilleriya gəmisi Azərbaycana gəlmişdi.


Paylaş



Bölmə: Xəbər / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!