Axan hər damla qan ortaq tariximizə qızıl hərflərlə yazılmışdır - Ərdoğan .....                        Azad edilmiş ərazilərdə yenidənqurmanın inanılmaz sürəti tam fenomenal xarakter daşıyır .....                        İnsansız Sistem Qoşunlarının heyəti hərbi paradda .....                        Türkiyə və Pakistan hərbçiləri Bakıda Hərbi paradda keçid etdi .....                        Ərdoğan paradda Məmməd Arazın şeirini səsləndirdi .....                        Qarabağın azad edilməsi Türk dünyası üçün də böyük qürur mənbəyidir - Ərdoğan .....                        Bu gün burada böyük vətənpərvərlik eşqi ilə güclü Azərbaycan xalqını görürəm .....                        İndi təcridxanada Azərbaycan çayı içirlər - İlham Əliyev .....                        Zəfərimiz mübarək olsun - Ərdoğan .....                       
Tarix : 19-08-2013, 14:50
ARDNŞ və "Rosneft" Bakı-Novorossiysk kəmərilə nefti geri nəql edə bilər


Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Rusiyanın "Rosneft" şirkəti Bakı-Novorossiysk neft kəməri ilə "Urals" markalı neftin geri nəqlinə dair danışıqlar aparırlar. Bunu jurnalistlərə SOCAR rəhbəri Rövnəq Abdullayev bildirib.

R. Abdullayevin sözlərinə görə, tərəflər "Urals" markalı neftin qismən Bakı-Tbilsi-Ceyhan vasitəsilə nəql olunaraq oradan da "Rosneft" şirkətinin pay sahibi olduğu İtaliya və Almaniyada yerləşən NEZ-də (neft emalı zavodu) emalı imkanı haqqında danışıqlar aparırlar.

Həmçinin Bakı-Novorossiysk kəməri vasitəsilə Azərbaycana göndəriləcək neftin bir hissəsinin emal olunması məsələsi də müzakirə edilir.

Abdullayev vurğulayıb ki, ilin sonuna kimi tərəflər danışıqlar və bu əməliyyatların effektivliyinin qiymətləndirməsini aparmaq niyyətindədirlər. Razılığa gəlindiyi təqdirdə bu əməliyyatlar gələn ildən başlaya bilər.

ARDNŞ-in rəhbərinin sözlərinə görə, Bakı-Novorossiysk kəməri ilə neftin nəqli barədə əməliyyatlar və "Rosneft"lə layihənin reallaşdırılması ilə bağlı məsələləri sonuncu özü "Transneft"lə (Rusiyada neft kəmərinin inhisar operatoru) həll edəcək.

ARDNŞ və "Rosneft"in başqa mümkün layihələri haqqında danışan Azərbaycan şirkətinin rəhbəri vurğulayıb ki, tərəflər treydinq əməliyyatları sahəsində layihələrin reallaşdırılmasında maraqlıdırlar.

"Rosneft" xüsusilə ARDNŞ-in Fuceyra (BƏƏ), Ceyhan (Türkiyə), Afrika ölkələri, Sinqapur və digər ölkələrdə ARDNŞ-in neft və neft məhsulları saxlamaq imkanına malik olduğu imkanlara böyük maraq göstərir.

ARDNŞ və "Rosneft"in hasiletmə layihələrində əməkdaşlığına toxunan Abdullayev bildirib ki, hər iki şirkət qarşılıqlı əməkdaşlıqda maraqlıdır. Lakin əsas məsələ iqtisadi məqsəd olaraq qalır.

Mənbə: Trend.az


Paylaş



Bölmə: Ədəbiyyat / Köşə / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!