Azərbaycanın “İbrahim Sazişləri”nə qoşulması GÜNDƏMDƏ .....                        Ukrayna ilə Rusiya razılığa gəldi .....                        Azərbaycan deputatları Şimali Kipr prezidenti ilə görüşdülər - FOTO .....                        Şəkidə ofisiant müdirini öldürdü .....                        Fransa Azərbaycan səfirliyinin vurulmasını pisləyir .....                        Hitlerin yəhudi olmadığı təsdiqləndi .....                        Alim Qasımova mükafat verildi .....                        Mbappe Bakıya gəlmədi - Baş məşqçi səbəb AÇIQLADI .....                        Qasırğaya görə fövqəladə vəziyyət elan edildi .....                       
Tarix : 16-07-2017, 13:19
"Mən qorxmuram, əsl Qadın yaşımdan..." - Elnaz Eyvaz


Ömrümün
ikinci dünya müharibəsi başlayır,
qızım 41 yaşımdan qorxur,
elə bilir 40-ı keçdinsə,
ölümə gedirsən.
- Qırxdan sonra 50 gəlir,
sənsiz neynəyərəm, ana?! -
deyir yana-yana.
Bilmir axı neçə dəfə öldüyümü...
Mən qorxmuram,
əsl Qadın yaşımdan.
Tökdüklərimin
qaşığıma çıxan vaxtıdır
indi aşımdan.
Qorxmuram kiminsə yalanından,
xəyanət məndən 41 addım o yandadır.
Yaşadıqca anladım ki,
ləyaqət qazanılmır,
varsa, qandadır.
Həyat döyüş meydanı deyil,
yoldur.
Harda bitdi, bitdi.
Orda "getdi" -
deyib qatarlar səni də
min illərin ölüsünə.
Sevdiyim adamlardan
bir dənə də dünya düzəltmək olar,
özlərini ürəyimdə öldürənlərdən
qəbirstanlıq.
Hərdən dayanıb bir anlıq
geriyə baxmaq istəyərsən,
gözlərin görməz uzağı.
Əlhavası sayarsan ömrünün
yazını, qışını.
Üşüdər səni yaşadığın qışların sazağı.
Daha əvvəlki kimi həzin mahnılara kövrəlməzsən,
ağlatmaz səni nakam eşq hekayətləri,
"hər şey keçib gedir" deyərsən,
aldadarsan özünü.
Yenə, yenə özünü...
Burdan o yanı
sevgilinin əlindən aldığın şərab kimi
içmək istərsən:
qurtum-qurtum,
udum-udum.
İndi yaşamağın yollarını axtarmıram,
düşünürəm:
yaşadıqlarımı necə unudum?!


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!