Maduronun həbsi zamanı 80 nəfər öldürülüb .....                        Oğuzda qəza oldu - Yaralı var .....                        Növbəti hədəf Qrenlandiyadır? .....                        "Real Madrid" öz meydanında 5 qol vurdu .....                        Maduronun mühafizəçiləri öldürülüb .....                        Atasının telefonunu oğurlayıb Bakıda 60 manata satdı – 1 aylıq həbs edildi .....                        Maduronun məhkəməsinin tarixi açıqlandı .....                        Zelenski onu da işdən çıxardı .....                        Venesuelada heç bir ABŞ qoşunu yoxdur .....                       
Tarix : 31-07-2017, 10:45
Mühacir şairin şeir toplantısı keçirilib



Butov.az xəbər verir ki, AMEA Mərkəzi Elmi Kitabxanasının təşkilati dəstəyilə Güney Azərbaycan mühacir şairi Hadi Qaraçayın “Barışa inanma, Fərihcəm” adlı kitabının təqdimatı keçirilib.


Kitabın ön sözünün müəllifi, tərtib edəni və nəşrə hazırlayanı, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Güney Azərbaycan ədəbiyyatının, Məhəmmədhüseyn Şəhriyar poeziyasının araşdırıcısı, 100-ə yaxın elmi əsərin, o cümlədən xaricdə çıxmış 15 elmi əsərin müəllifi, respublika, beynəlxalq və xarici ölkələrin müxtəlif elmi qurumlarının üzvü Esmira Fuad əvvəlcə müəllif haqqında məlumat verib. Hadi Qaraçayı Güney Azərbaycanda və bütün Türk dünyasında tanınıb sevilən şair, milli ruhun daşıyıcısı kimi xarakterizə edən E. Fuad deyib: “Hadi üçün ən önəmlisi ana dilində düşünmək, bu dildə danışmaq və yazmaqdır. Dilimizə, əlifbamıza bu qədər önəm verib üstündə əsməsi, bəlkə də dilin bir xalq kimi var olmanın, millətləşmənin çox mühüm amili olduğunu yaxşı anladığındandır. Bu dil yanıqlısının haqq qənaətincə, İranda türkcə yazmaq və ədəbi əsərlər yazmaq öz-özlüyündə siyasi fəaliyyətdir. Eyni zamanda, siyasi görüş və düşüncələrin ədəbi əsərlərin məzmununa daxil edilməsinin Güneydə bir problem olmadığını da vurğulayan şair əsərlərində siyasi mövzulara toxunmağı pis və ya yaxşı bir hal kimi qabartmır, ancaq siyasi motivi necə işləməyin, ədəbi müstəviyə hansı səviyyədə gətirməyin, hansı söz və kəlimələrlə ifadə etməyin önəmli olduğuna diqqət çəkir. Yaranmış vəziyyətdən çıxış yolunu isə dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir türkün anlamaqda çətinlik çəkməyəcəyi ortaq türkcənin yaradılmasında görür”.


Mühacir şairin şeir toplantısı keçirilib


İsveçdə fəaliyyət göstərən Güney Azərbaycan Konqresi (GAK) başqanı Abdulla Amir Haşimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Cənubi Azərbaycan bölməsinin sədri Sayman Aruz, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşları Cavanşir Yusifzadə, Qürbət Mirzəzadə, Aygün Bağırlı, Qumru Şəhriyar, Sakibə Ələsgərova, şairlərdən Zəkulla Bayramlı, Mənzər Nigarlı, Kəmalə Abıyeva müəllif və kitab haqqında düşüncələrini bölüşüb, onu çağdaş dövrün dəyərli qələm sahibi, ağ, modern şeirin ustadı adlandırıblar. Çağdaş Güney Azərbaycan poeziyasını yaradanlardan, ədəbiyyatımızın qüdrətli nümayəndələrindən biri, son dərəcə dərin poetik duyuma, intellektə sahib bir şair kimi ona gələcək yaradıcılığında uğurlar diləyiblər.

Mühacir şairin şeir toplantısı keçirilib


Şeirlərin müəllifi Hadi Qaraçay doğma vətənin gələcəyi ilə bağlı nikbin ümidlərini səsləndirib, kitab haqqında fikirlərini dilə gətirib.

Qeyd edək ki, taleyinə mühacirlik həyatı yazılan Hadi Qaraçay 1966-cı ildə Güney Azərbaycanın Suyari kəndində doğulub. İlk və orta təhsilini Ələmdar şəhərində fars dilində alıb. Ali təhsil almaq məqsədilə öncə Təbrizə, daha sonra vətənin bu tayına Quzey Azərbaycana üz tutan şair hazırda Norveçin Sadnes şəhərində yaşayır. “Barışa inanma Fərihcəm” kitabı yaradıcılığını ana vətəninə, ana dilinə, xalqın taleyinə kökləyən müəllifin sayca 4-cü kitabıdır. Kitabda Hadi Qaraçayın “Mənim otuz yaşıma, yurdumun bayraqsız başına şeir”, “And”, “Sürülmüş torpağın nağılı”, “Sonuncu boy”, “Sürgünlük” kimi ən son şeirləri və Azərbaycan tarixinə poetik baxış sərgiləyən “Sonsuzluq poeması” və ədəbi-tənqidi məqalələri yer alıb.

Butov.az


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!